29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Yagelloniya"nın üzvü: "Sanki top bizə qulaq asmırdı"

“Bakıdakı ilk görüşdə qələbə qazanmaq üçün daha yaxşı şansımız var idi.  Ancaq rəqibin güclü komanda olduğunu da görürdük. İlk oyunda istifadə edə bilmədiyimiz qol imkanları bu gün bizə baha başa gəldi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Yagelloniya”nın futbolçusu Killian Şeridan Avropa Liqasının 2-ci təsifat mərhələsinin “Qəbələ” ilə cavab oyunundan sonra deyib.

Məğlub olduqları görüş (0:2) haqda klubun rəsmi saytına açıqlama verən irlandiyalı hücumçu şanssızlıqla üzləşdiklərini bildirib: “Qəbələ”nin ilk qolu onları növbəti mərhələyə xeyli yaxınlaşdırdı. Bizim də şanslarımız oldu. Ancaq top sanki bizə qulaq asmırdı. Əvəzində rəqibin ilk qolda bəxti gətirdi. Bundan sonra onlar özlərini yaxşı hiss etdilər, daha bir neçə qol imkanları oldu. Biz isə Bakıdakı qarşılaşmada birinci qoldan sonra bunun ardını gətirə bilmədik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31