29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Şerif"dən azərbaycanlı azarkeşlərə etiraz: “Təhqiri dayandırın!”

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Şerif” bəzi azərbaycanlı azarkeşlərə müraciət edib.

Futbolxeber.az saytının məlumatına görə, Moldova klubu Feysbuk istifadəçisi olan “Qarabağ”ın fanatlarını onları təhqir etməməyə çağırıb.

“Hörmətli azərbaycanlı dostlar.

Sizdən çox xahiş edirik, təhqirlərə son qoyun və klubumuza qarşı hücumları dayandırın. Nəzərə alın ki, bura “Şerif”in rəsmi səhifəsidir. Buna görə də bənzər şərhlər dərhal silinəcək. Anlayışınıza görə təşəkkür” - deyə “Şerif”in rəsmi Feysbuk səhifəsi xəbərdarlıq edib.

Xatırladaq ki, bir qrup azərbaycanlı azarkeş klublarımızın avrokuboklarda rəqibləri bəlli olduqdan sonra qarşı tərəfin sosial şəbəkələrindəki səhifələrində həmin komanda barədə təhqiramiz şərhlər yazırlar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31