19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Aqil Abbasdan Roman Qriqorçuka sayğılarla

Hörmətli Qriqorçuk!

Sizin rəhbərlik etdiyiniz "Qəbələ" Polşada bir tarix yazaraq hamımıza sevinc bəxş etdi. Möhtəşəm oyun və möhtəşəm qələbə! "Qəbələ" yaranan gündən Azərbaycan futbolunda öz sözünü deməyi başarıb. Və Sizin baş məşqçilik dönəminizdə isə daha çox uğurlar qazanıb və bir çox işlərə imza atıb. İnanırıq ki, sevimli komandamız Sizin rəhbərliyiniz altında qələbələr seriyasını davam etdirəcək, Avropada ölkəmizi şərəflə təmsil edəcək.

Sözün düzü, mən Azərbaycana kənardan gələn məşqçiləri qəbul etmirəm. Çünki gəlirlər və Azərbaycan futboluna, belə demək mümkünsə, heç nə vermirlər. Bu fikrim elə milli komandamızın kənardan gələn məşqçilərinə də aiddir. Tək mən belə düşünmürəm. Futbolumuzu sevənlərin 90 faizi belə düşünür. Amma Siz, sevindirici haldır ki, bu düşüncələri dağıtdız. Və elə buna görə Sizə təşəkkürlər.

Futbol jurnalistlərinin hamısı ilə demək olar ki, dostam. Onlar mənimlə söhbətlərində həmişə Sizi sevgiylə anırlar. Onların sözünə görə, Siz təkcə gözəl futbol mütəxəssisi deyil, eyni zamanda zarafatcıl, səmimi, mehriban bir insansız. Təəssüf ki, bu günədək Sizinlə tanış olmamışam. İnşallah, tanış olarıq.

Çox arzu edirəm və dəfələrlə bu məsələyə toxunmuşam "Qəbələ" də, "Kəpəz" də Avropa oyunlarını Bakıda deyil, öz ev-eşiklərində keçirsinlər. Və ona da inanıram ki, "Qəbələ" böyük uğurlara imza atacaq və gələcəkdə ev oyunlarını Qəbələdə keçirəcək.

Bir neçə kəlmə də qəbələlilərə sözüm var. Mən dəfələrlə Bakıdan durub Qəbələyə futbola baxmağa gəlmişəm. Və stadionda boş yerlər görəndə çox pis olmuşam. Komandanızın sizin dəstəyinizə çox böyük ehtiyacı var. Mənim dəstəyimdən daha çox sizin dəstəyinizə ehtiyacı var. "Qəbələ" sizlərə sevinc bəxş etdiyi kimi siz də onlara sevinc və sevgi bəxş edin.

Roman Qriqorçuk!

Bir daha Sizi, komandanızın bütün üzvlərini, eləcə də bütün qəbələliləri ürəkdən təbrik edirəm və gələcəkdə daha böyük uğurlar arzulayıram.

Hörmətlə:

Aqil ABBAS, millət vəkili

Qol.az

 




Ad: huseynaga qasimov;   E-mail: ---

22.07.2017 09:56

tewekkurler gozel yaziya gore,Aqil muellim.
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30