19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Cavid Hüseynov: “Hər bir komanda ilə oynamağa hazırıq”

 “Qəbələ” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Yagelloniya” ilə səfər matçında 2:0 hesabı ilə qələbə qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, ikinci qolda Filip Ozobiçə gözəl ötürmə verən komandanın kapitanı Cavid Hüseynov qarşılaşma haqda fikirlərini gabalafc.az saytına açıqlayıb:

“Hesab 2:0 olsa da, çox ağır oyun oldu. Belə çətin olacağını gözləyirdik. Bilirdik ki, evdə güclü oynayan rəqib sürətli futbol göstərir. Azarkeşləri də bir dəqiqə dayanmadan matç boyu komandalarına dəstək verdi. Bizim üçün isə əsas nəticə idi. Oyunumuz o qədər ürəkaçan alınmasa da, qələbə qazandıq. Sevinirik ki, nəticə qazanıb, mərhələ keçdik. İkinci qoldakı assistentliyimə gəlincə, mən ötürmələr verməyi xoşlayıram. Çalışıram ki, belə imkanları qaçırmayım. Həmin epizodda Filipin göz işarəsini gördüm və dərhal ötürmə verdim. O da imkanı qaçırmayaraq qol vurdu. Növbəti rəqib “Panatinaikos”la əvvəl də qarşılaşmışıq. Amma mən həmin matçlarda olmamışam. Bizim üçün əsas bu mərhələ idi ki, onu da arxada qoyduq. İndi növbəti rəqibi təhlil edib, güclü və zəif tərəflərin öyrənəcəyik. Artıq hər bir komanda ilə oynamağa hazırıq və matçdan-matça artıracağıq. “Yagelloniya”dan tam hazır olmadığımız üçün bir az geri qalırdıq. Hazır olduğumuz vaxtda bu komanda ilə asanlıqla oynayardıq. Düşünürəm ki, növbəti matçlara da hazır olacağıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30