28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Rəşad Sadıqov: “Şerif”lə eyni gücdəyik"

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Zirə" - "Astra" matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsən?

- "Zirə" yaxşı təsir bağışladı, qol epizodlar oldu. Lakin istifadə edə bilmədilər. Top qapıya düşmədi. Son vuruşlarda dəqiq olsaydılar, bəlkə də mərhələ adlayardılar.

- Zədən nə yerdədir?

- 3-4 gündür tək məşq edirəm. Tam hazır olanda komandaya qoşulacağam.

- "Zirə"nin qara dərili futbolçuları sizi qorxutmadı?

- Çempionat haqda düşünmürük. Qarşıda "Şerif"lə oyunlarımız var. Fikrimizi ora yönəltmişik.

- "Şerif" barədə nə söyləyə bilərsən?

- Təcrübəli rəqibdir. Eyni gücdə olan oxşar komandalarıq. Gərgin və maraqlı mübarizə keçəcək.

- Düşünmürsən ki, ötən mövsümlə müqayisədə "Qarabağ"ın püşklə bağlı bəxti gətirib?

- Rəqiblə deyil ki... Oyunla götürsən "Viktoriya" ən ideal variant idi. Lakin keçə bilmədik. Rəqibin güclü və ya zəif olmasını düşünmürük. Çalışacağıq bir plan cızaq, qalib gələk. Düşünürəm ki, hər şey cavab matçnda həll olunacaq.

- "Qarabağ" "Samtredia" ilə cavab matçında nisbətən zəif təsir bağışladı. Gücünüzü gizlədirdiniz?

- Kimdənsə nəzə gizlətmirik. Ümidvaram ki, qarşıdakı oyunda daha yaxşı olacaq. Komanda hazırdır. Ötən il ilk rəqibimiz olan "Düdelanj"la da oyunumuz ağır keçmişdi (Sportnet.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31