29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qriqorçuk: “Hücum futbolu oynamaq istəyirik”

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində sabah keçiriləcək “Yagelloniya” (Polşa) - “Qəbələ” matçından öncə “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

Futbolxeber.az-ın “Qəbələ”nin rəsmi saytına istinadən verdiyi məlumata görə, ukraynalı mütəxəssis görüşlə bağlı bunları deyib:

“Meydanın durumunu məşq zamanı görəcəyəm. Amma stadion əla vəziyyətdədir. Hər şey yüksək səviyyədədir. Dərhal görünür ki, arena peşəkarlar tərəfindən inşa olunub. Şanslar haqda danışanda həmişə deyirəm ki, bizim 1 imkanımız varsa, bunun üçün mübarizə aparacağıq. Sabahkı görüşdə şansımızın birdən çox olduğunu düşünürəm. Polşaya səfər haqda danışmaq əhəmiyyət kəsb etmir. Oyundan əvvəl bir-iki gün öncə haqda danışmaq başqa cür başa düşülər. Hər şey qaydasındadır. Bəli, biz yol qət etmişik. Biz sabah oynamağa hazırıq. Ümid edirəm ki, ilk oyundan sonra keçirdiyimiz 5 məşqin köməyi ilə komandamız daha yaxşı olub. Bunun nə qədər yaxşı olmasını isə sabahkı oyun göstərəcək. Bunu özüm də bilmədiyimdən daha artıq nə isə deməkdə çətinlik çəkirəm. Amma onu deyim ki, istənilən halda meydana çıxacaq heyətdəki oyunçular ilk dəfə eyni vaxtda meydanda olacaq. Bir neçə variantımız var. Lakin onların heç birini indiyədək sınaqdan çıxarmamışıq. Ona görə də özümüz üçün də maraqlı olacaq. İlk oyunun nəticəsi elədir ki, bizi qol vurmağa məcbur edir. Lakin hesab başqa cür, məsələn 0:0 olsaydı da, biz hücuma, qol vurmağa köklənəcək və oyunumuzu buna uyğun quracaqdıq. Bizim istəyimiz ondan ibarətdir ki, hücum edək, qollar vuraq. Futbolu belə görürük. Nəticədən asılı olmayaraq, aqressiv, hücum futbolu oynamaq istəyirik. Bunun sabahkı oyunda evdəkindən daha yaxşı alınacağına ümid edirəm”.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31