19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Sumqayıt" "Osmanlıspor"a uduzdu

2017/2018 futbol mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda ilk yoxlama matçını keçirib.

Futbolxeber.az saytının məlumatına görə, Samir Abasovun komandası Superliqa təmsilçisi "Osmanlıspor"la üz-üzə gəlib.

İlk hissə ümumilikdə bərabər səviyyədə keçdi. Hər iki komanda surətli oyunu ilə diqqət çəkdi. Qarşılaşmada ilk təhlükəli vəziyyəti “Sumqayıt” yaratdı. Rəşad Eyyubovdan ötürmə alan Amil Yunanov qapıçı ilə üz-üzə qalsa da, "Osmanlıspor"un qolkiperi Hakan Arıkan daha dəqiq oynadı.

Qarşılaşmanın 16-cı dəqiqəsində "Sumqayıt" hesabı açdı. Cavid İmamverdiyevin cinah ötürməsindən sonra Amil Yunanov baxımlı qola imza atdı. Qoldan 2 dəqiqə sonra adıçəkilən hücumçu əlverişli vəziyyətdən yararlana bilmədi.

Qarşılaşmanın 24 və 26-cı dəqiqələrində isə "Osmanlıspor" 2 qol vuraraq hesabda irəli çıxdı. Tonia Tisdell iki baxımlı qol vuraraq dubla imza atdı.

İkinci hissədə hər iki komanda oyunçu dəyişiklərinə getdi. Fasilədən sonra da meydanda bərabər səviyyəli oyun getdi. İkinci hissədə qapılara başqa qol vurulmayınca hesab dəyişməz qaldı.

Yoxlama oyunu

"Sumqayıt" FK - "Osmanlıspor" 1:2

Qollar: Amil Yunanov, 16 - Tonia Tisdell, 24, 26.

Baş hakim: Yaşar Kemal Uğurlu.

Qızılcahamam, Patalya

"Sumqayıt": 1. Fərhad Vəliyev, 3. Vurğun Hüseynov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 18. Tural Axundov, 6. Kamal Mirzəyev, 97. Xəyal Nəcəfov, 32. Rəşad Eyyubov, 7. Cavid Tağıyev, 10. Cavid İmamverdiyev, 9. Amil Yunanov.

Oyuna sonradan daxil olanlar: 23. Mehti Cənətov, 2. Rail Məlikov, 13. Bəhlul Mustafazadə, 5. Vüqar Bəybalayev, 8. Nicat Muxtarov, 90. Ramil Həsənov, 11. Ehtiram Şahverdiyev, 39. Tural Bayramlı, Məhəmməd Alıyev, Ramil Orucov.

"Osmanlıspor": 12. Hakan Arıkan, 3. Lukasz Szukala, 28. Hasan Kılıç, 40. Turqay Kaçar, 26. Takayuki Seto, 20. Luiz Karlos Martins Moreyra, 17. Daniel Karoly Regattin, 30. Tania Tisdell, 24. Raul Rusesku, 9. Cheick Diabate, 25. Mehmet Umtu Nayir.

Oyuna sonradan daxil olanlar: 1. Zydranus Karçemarskas, 61. Numan Çürüksu, 21. Vaclav Prochazka, 2. Avdija Vrsajeviç, 6. Mehmet Güven, 33. Muhammed Bayır, 35. Musa Çağıran, 3. Adovale Laval, 27. Aminu Umar, 7. Serdar Gürler, 39. Bifouma Koulossa.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30