29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Yagelloniya”nın baş məşqçisi: “Qəbələ” ilə oyun çətin keçəcək"

“Bizim üçün çox çətin oyun oldu. Azərbaycandan qayıtdıqdan sonra hazırlıq üçün vaxtımız olmadı. Cəmi 2 gün sonra meydana çıxsaq da, qələbə qazandıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Avroliqanın II təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Yagelloniya”nın baş məşqçisi İreniuş Mamrot deyib.

“Yagelloniya” ötən gün Polşa çempionatında mövsümün ilk oyununa çıxıb. Komandanın baş məşqçisi  səfərdə “Termalikan”a qalib gəldikləri oyundan (1:0) sonra yerli mətbuata açıqlama verib.

O, oyunlar arasında fasilənin az olmasının komandası üçün çətinlik yaradacağından ehtiyat etdiyini bildirib: “Demək olar ki, 3 gündən bir meydana çıxırıq. Bu səbəbdən də eyni heyətlə mübarizə aparmaq çox çətindir.  Təəssüf ki, zədəli futbolçularımız da var. Onlar sıraya dönsə, işimiz asanlaşacaq. Rafal Qjib və Karol Sviderski artıq fərdi məşqlərə başlayıblar. Ancaq bizə qoşulmaları üçün müəyyən vaxta ehtiyac var. Bütün bunları nəzərə alsaq,  “Qəbələ” ilə oyun çətin keçəcək. “Termalika” ilə oyunda bəzi futbolçuların yorulduğunu gördüm”.

Xatırladaq ki, Bakıda keçirilən “Qəbələ” - “Yagelloniya” matçında 1:1 hesablı bərabərlik qeydə alınıb. Komandalar arasında növbəti görüş iyulun 20-də Polşada olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31