18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Xəzər Lənkəran" İsrailə yollanmaqda problemlə üzləşdi

İyulun 18-də Avropa Liqasının ikinci təsnifat mərhələsində “Makkabi” ilə qarşılaşacaq “Xəzər Lənkəran” problemlə üzləşib. İzrus.co.il saytının yaydığı xəbərə görə, Cənub təmsilçisi İsrailin Azərbaycandakı səfirliyindən viza ala bilmir. Artıq bununla bağlı XL rəhbərliyi İsrail Futbol Federasiyasına (İFF) müraciət edib.

Sayt qeyd edir ki, “Xəzər Lənkəran”a viza verilməməsinin səbəbi İsrailin Azərbaycandakı səfirliyindəki hansısa tətillə əlaqədardır. Problemlə üzləşdiyini görən “XL” İFF-dən kömək istəyib. Artıq federasiya bununla bağlı İsrailin Xarici İşlər Nazirliyinə müraciət ünvanlayıb. Məsələnin XİN rəhbərliyi ilə bu gün müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, İsrail Xarici İşlər Nazirliyinin Həmkarlar İttifaqının tələbi ilə ölkənin bir sıra ölkələrindəki, o cümlədən Ukrayna və Belarusdakı səfirliklərinin konsulluq şöbələri viza verilməsini dayandırıb. Onların arasında Azərbaycandakı diplomatik missiyanın da olması ehtimal edilir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30