24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

"Simurq" Avstriya toplanışına start verdi

"Simurq" hazırlıqların üçüncü mərhələsinə start vermək üçün Avstriyaya gəlib. Futbolxeber.az-ın məlumatına görə, Tirol şəhərində yerləşən "Kayzer" otelində məskunlaşan "Simurq" axşam saatlarında dörd günlük istirahətdən sonra məşqləri bərpa edib. Əvvəlcə baş məşqçi Georgi Çixradze yetirmələrini ətrafına toplayaraq onlarla ənənəvi qısa söhbət aparıb. Qarşıdakı hazırlıq proqramı haqqında məlumat verən gürcü mütəxəssis, futbolçularına çempionatın başlanmasına az bir vaxtın qaldığından tam gücləri ilə çalışmalarını tapşırıb və qeyd edib ki, təlim-məşq toplanışının bu mərhələsi əsasən taktiki tapşırıqların yerinə yetirilməsindən ibarət olacaq. Ancaq yorğunluq nəzərə alınaraq bərpa xaraqterli məşqin keçiriləcəyini bildirib.

Bundan sonra isə məşqə start verilib. Qaçış və isinmə hərəkətlərindən sonra 2 qrupa bölünərək "kvadrat"la hazırlıq davam edib. Sonda isə kiçik qapılarda ikitərəfli oyunla məşq tamamlanaraq futbolçulara istirahət verilib.

Qapıçılar Pavel Kapsa, Amil Ağacanov və Rəşad Əzizov isə qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında komandadan ayrı çalışıb.

Ötən mövsüm "Simurq"la müqaviləsinin müddəti bitdiyinə görə Zaqatala təmsilçi ilə yollarını ayıran Stepan Polyak isə yenidən "Simurq"a dəvət edilib. Artıq təcrübəli futbolçu komanda ilə məşqədə çıxıb.   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30