19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Oktay Dərəlioğlu: "Azərbaycanda mənimlə kral kimi davranırdılar"

“Xəzər Lənkəran”a getdiyim üçün peşman deyiləm. Avropaya gedərkən qurduğum xəyallar Azərbaycanda gerçəkləşdi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın sabiq futbolçusu Oqtay Dərəlioğlu FourFourTwo.com-a açıqlamasında deyib.

Türkiyəli veteran hücumçu Azərbaycandakı karyerası haqda maraqlı faktlardan danışıb: “Mənimlə kral kimi davranırdılar. Mən də heç vaxt futbolda bizdən geridə olduqları üçün onları kiçiltmirdim. Hələ də Azərbaycana gəlib-gedən ən yaxşı legioner sayılıram. Azərbaycanın mədəniyyəti Rusiya və Türkiyənin qarışığıdır.  Mənə heç vaxt yad yerdə olduğunu hiss etdirmirdilər. Sadəcə, dilləri biraz gülməlidir. Bir dəfə təyyarədə biri mənə “qabağa otur” dedi. Mən də əsəbiləşərək “sən otur qabağa” dedim. Sonda anladım ki, “öndəki oturacaqda otur” deyirmiş.

Azərbaycan Premyer Lqiasında qəribə bir reqlament var idi. “Xəzər Lənkəran”da oynadığım mövsüm çempionatı lider kimi bitirdik, göstəricilərimiz də ikinci komandadan yaxşı idi. Amma mövsümün sonunda “qızıl oyun” dedikləri bir matç keçirildi (2004/2005 mövsümü “Neftçi” - “Xəzər Lənkaran” – 2:1) və çempionluğu rəqibimizə verdilər. Yenə də “Xəzər Lənkəran”a getdiyim üçün təəssüflənmirəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30