23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Aleksandriya"nın baş məşqçisi: "Zirə"nin növbəti mərhələyə çıxmaq şansı var"

“Potensial rəqiblərimiz arasında “Astra” favoritdir. Çünki onlar ilk matçda 3:1 hesabı ilə qalib gəliblər. Ancaq “Zirə”ni də siyahıdan silmək olmaz. Azərbaycan klubu ilk görüşdə məğlub olsa da, onların hələ də növbəti mərhələyə çıxmaq şansı var".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin Avropa Liqasının üçüncü mərhələsində mümkün rəqibi "Aleksandriya"nın baş məşqçisi Vladimir Şaran Ukrayna klubunun saytına deyib.

O, püşkatmanı normal hesab edib: "Maksimum gücümüzü ortaya qoymalıyıq. Bir neçə yoxlama matçı keçirsək də, bunlar rəsmi oyun kimi olmur. Rəqib kim olursa-olsun, hədəfimiz Avropa Liqasında pley-off mərhələsinə yüksəlməkdir”.

Qeyd edək ki, "Zirə" "Astra" səddi keçəcəyi təqdirdə, növbəti mərhələdə "Aleksandriya" ilə qarşılaşacaq. "Zirə" ilə "Astra" arasında ilk matçda təmsilçimiz səfərdə 1:3 hesabı ilə uduzub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30