24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Ozobiç: “Növbəti oyunda daha güclü “QəbəlƏ” görəcəksiniz”

“Rəqib güclüdür. Biz də əlimizdən gələni etdik. Cütün qalibi ilə bağlı sual açıq qalıb. Bu gün qələbə qolunu vurmaq üçün hər iki komandanın şansları var idi. Cavab oyununda hər şey məlum olacaq”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiç deyib.

Avroliqanın II təsnifat mərhələsinin ilk oyununda “Qəbələ” öz meydanında Polşa “Yagelloniya”sı ilə bərabərə qalıb - 1:1.

Xorvat yarımmüdafiəçi komandasının yeni transferlərindən də danışıb: “Cavab oyununa çox ciddi hazırlaşacağıq. İstəyirik ki, mərhələ adlayaq. Yeni transferlərə vaxt lazımdır. Məncə, səfər matçında onlar daha yaxşı çıxış edəcəklər”.

Ozobiç cavab görüşü öncəsi şansları bərabər sayır: “Şanslar hələ də 50-nin 50-yədi. Səfərdə istədiyimiz nəticəni qazanmalıyıq. Hakimlik barədə danışmaq istəmirəm. Yaınız cavab matçını düşünməliyik”.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30