17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Stepan Polyak yenidən "Simurq"da

"Simurq" ötən mövsümün sonunda yollarını ayırdığı daha bir futbolçusunu geri qaytarıb. Futbolxeber.az-ın məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi Stepan Polyak artıq komandanın Avstriyadakı təlim-məşq toplanışına qoşulub. Zaqatala təmsilçisinin uğurlarında böyük pay sahibi olan təcrübəli futbolçu ilə hazırlıqdan qayıtdıqdan sonra yeni müqavilə imzalanacaq.

Məşqçilər korpusunun qərarı əsasında geri çağrılan Stepan Polyak 2012/13-cü il mövsümündə "Simurq"un heyətində 29 qarşılaşmada 2183 dəqiqə meydanda olmuş və 4 qola imza atıb. Xorvatiyalı yarımmüdafiəçi nizam-intizamı ilə də diqqətdə olub. O, forma geydiyi qarşılaşmalarda yalnız bir dəfə sarı vərəqəylə cəzalanıb.

Qeyd edək ki, Zaqatala təmsilçisi bundan öncə isə, yollarını ayırdığı Anderson Oliveyranı geri çağırıb. Türkiyədəki təlim-məşq toplanışında da iştirak edən braziliyalı müdafiəçi artıq komandayla yeni müqavilə imzalayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30