25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Biz də rəqib komanda kimi…”

Sabah Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda təmsilçimiz “Zirə” səfərdə “Astra” (Rumıniya) ilə qarşılaşacaq. Futbolxeber.az-ın məlumatına görə, Bakı klubunun baş məşqçisi Ayxan Abbasovun bu gün keçirilən oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
 
“Biz də rəqib komanda kimi bir qədər gec bir araya gəldik. Bizim də heyətimizdə 7-8 yeni futbolçu var. Uyğunlaşma üçün bir az vaxta ehtiyacımız var. Avrokuboklarda ilk dəfədir çıxış edirik, bu bizim debüt mövsümümüzdür. Daha böyük təcrübəyə ehtiyacımız var. Lakin komanda şəklində bu oyuna çox ciddi hazırlaşmışıq”.
 
Gənc mütəxəssis rəqibi ilə bağlı da danışıb: “Rəqibimiz barədə fərdi şəkildə oyunçulardan məlumat toplamırıq. Ümumiyyətlə “Astra” haqqda məlumat toplamaq elə də çətin deyil. Klub haqda ümumi məlumata sahibik. Rəqibin heyətində də yeni futbolçular var. Bizim üçün də maraqlıdır ki, “Astra” oyuna hansı heyətlə çıxacaq və yeni futbolçularla hansı üslubda oynayacaq. Məşqçi işini müşahidə etdikdə görünürki, rəqib topla oynamağı sevir. “Astra” həqiqətən güclü komanda təsiri bağışlayır. Qitəmiqyaslı yarışlarda oyun təcrübəsinə malikdir. Lakin biz də çalışacağıq ki, lazımi nəticəni əldə edək”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30