29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Rəşad Sadıqov: “İlk oyunda zədələnmək psixoloji cəhətdən zərbə vurur”

Ötən gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində təmsilçimiz qarabağ “Qarabağ” evdə “Samtredia”nı (Gürcüstan) 5:0 hesabı ilə məğlub edib. Futbolxeber.az-ın məlumatına görə, Ağdam klubunun kapitanı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:
 
- Hesab sevindiricidi, amma təəsüflənirəm. Çünki zədələndim. Komanda yoldaşlarımı təbrik edirəm. Ağıllı oynadılar. Gücümüzü düzgün qiymətləndirdik. Fiziki cəhətdən tam hazır deyildik. Mövsümün ilk oyunu idi. Ancaq rəqibdə əksinə idi, onlarda mövsüm davam edir. Bizdən “diri” idilər. Hər şeyə baxmayaraq, bu gün yaxşı çıxış etdik. Zədələnməyim yaxşı olmadı. Təlim-məşq toplanışlarından sonra ilk oyunda zədələnmək psixoloji cəhətdən də zərbə vurur. Şimali İrlandiyaya məğlubiyyətdən sonra deyirdim ki, bu oyunlarda əhvalım düzələr. Amma zədələnməklə yenə zərbə aldım. Futboldu, nə etmək olar.
 
- Zədən ciddidir?
- Sabah (bu gün) bilinəcək. Tibbi müayinədən keçəndən sonra məlum olacaq.
 
- Sənin əvəzində meydana çıxan yeni transfer Yakub Jezniçak necə təsir bağışladı?
- Çox yaxşı oynadı. Onsuz da, məşqlərdə özünü yaxşı göstərmişdi. Çox əla transferdi. “Qarabağ”a gələcəkdə də çox faydası dəyəcək. 15 il “Legiya” (Polşa) kimi komandada oynamaq və kapitanı olmaq asan iş deyil.
 
- Cavab oyununda zəif heyətlə oynamaq olar?
- Elə şey olmaz. Bizim birlikdə oynamağa ehtiyacımız var. Növbəti 90 dəqiqəni düşünməliyik. Çatışmayan cəhətlərimiz çoxdu. Oyundan-oyuna bunları aradan qaldırmalıyıq. Rəqib zəif deyil.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31