20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Giorgi Tsetsadze: “Əsas günahkar “Qarabağ”dı”

Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində təmsilçimiz qarabağ “Qarabağ” evdə “Samtredia”nı (Gürcüstan) 5:0 hesabı ilə məğlub edib. Futbolxeber.az-ın məlumatına görə, qonaq komandanın baş məşqçisi Giorgi Tsetsadze keçirilən oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
 
- Oyundan öncə çox iddialı danışırdınız. Bəs, 5:0-dan sonra nə deyə bilərsiniz?
- Oyundan əvvəl bütün komandaların şansı olur. Bu şansdan yararlana bilmədik. Ancaq qarşıda cavab oyunu qalır.
 
- İlk 15 dəqiqədə 3 sarı vərəqə və penalti. Hakimliklə bağlı fikirləriniz necədi?
- Hakimlik barədə danışmaq istəmirəm. Oyunun təkrarına baxdıqdan sonra fikir irəli sürmək olar.
 
- İlk penaltidə hakim səhvi oldumu? Bu penalti oyunun nəticəsinə təsir etdimi?
- Oyunu biz uduzduq, hakim yox.
 
- Cavab oyunundan nə gözləyirsiz?
- Nüfuzumuz uğrunda mübarizə aparacağıq.
 
- Uğurlu nəticəyə nə mane oldu?
- Əsas günahkar “Qarabağ”dı. Möhtəşəm komandadı!
 
- Ötən mövsüm “Qəbələ”, bu dəfə “Qarabağ” qapınızdan 5 top keçirdi. Bakını sizin üçün uğursuz şəhər adlandırmaq olar?
- Azərbaycan futbolu yüksək səviyyədədi. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30