24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Qurban Qurbanov: “Buna aldanmayın”

Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində təmsilçimiz qarabağ “Qarabağ” evdə “Samtredia”nı (Gürcüstan) 5:0 hesabı ilə məğlub edib. Futbolxeber.az-ın məlumatına görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov keçirilən oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
 
- Aqressiv komandaya qarşı oynayırdıq. Hesabda 2, 3, 4 top fərqli ilə irəliyə keçdikdən sonra da onlar aktiv idilər. Bu komandanın məşqçisi, futbolçularına simpatiyam yarandı. Baxmayaraq ki, erkən qol vurduq, rəqib ruhdan düşmədi. Azarkeşlərimizə də təşəkkürümü bildirirəm ki, bizi sonadək dəstəklədilər. Qarşdakı günlərdə problemlərimizi aradan qaldırmağa çalışacağıq. Futbolda hər şey ola bilər. Ona görə də ciddi şəkildə hazırlaşmalıyıq.
 
- Yeni transferlərdən razı qaldınız?
- Hər ikisi təcrübəli futbolçudu. İlk oyuna görə fikir irəli sürmək düzgün olmaz. Verdiyimiz tapşırıqları yerinə yetirdilər. Oyuna daxil olduqları dəqiqəyədək necə düzülüş və sistemdən istifadə edirdiksə, sonrakı dəqiqələrdə də eyni oldu.
 
- Rəşad Sadıqovun durumu nə yerdədi?
- Bunu sabah biləcəyik.
 
- “Qarabağ”ın potensialı Çempionlar Liqasının hansı mərhələsinədək irəliləmə şansı var?
- Dünən də bu sual olmuşdu. Həmişə maksimuma çalışırıq. Yeni oyunçular da almaq istəyirik. Ancaq transferlər alınmasa da, biz maksimuma çalışacağıq. ÇL çox ciddi turnirdi. Nə siz, nə də azarkeşlər bu nəticəyə aldanmayın.
 
- Gürcüstanda oynamısınız. Cavab oyunundan əvvəl keçmiş komanda yoldaşlarınızla görüşməyi planlaşdırırsınız?
- Açığı, çoxu yadımdan çıxıb. Ancaq sizin bu sualınızdan sonra evdə həmin səhifələri vərəqləyəcəm. Görüşsək, təbii ki, keçmiş komanda yoldaşlarımı tanıyacam.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30