25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Yeyib-içmək təşkil etməkdənsə mətbuatın “ələbaxan” imicini dəyişmək lazımdı"

İyulun 14-də AFFA-nın təşkilatçılığı ilə 22 iyul Milli Mətbuat Günü ilə əlaqədar idman mediası üçün “Media futbol Festivalı” adlı tədbir təşkil olunacaq. Bu xəbər çıxdıqdan az sonra futbolpress.az boykot bəyanatı ilə çıxış etdi. Ardınca futbolinfo.az və futbolxeber.az da boykota qoşulduqlarını bəyan etdilər.
 
Sport24.az saytı “futbolinfo”nun baş redaktoru Vüsal Mahmudova tribuna verməyi qərara alıb və narazılıqlarının nədən ibarət olduğunu, problemin kökündə nəyin dayandığına dair fikirlərini öyrənib.
 
Futbolxeber.az V. Mahmudovun fikirlərini qısa ixtisarla təqdim edir:
 
“Nəyinsə dəyişəcəyinə zərrə qədər inamımız yoxdu. AFFA rəhbərliyi tövsiyəyə, medianın məsləhətinə diqqət yetirən qurum deyil. Futbol oynamaq və banket - bu insanlar jurnalistləri yalnız belə tədbirlər üçün yararlı hesab edir. Kimlərsə müəyyən qədər futbol oynayıb əylənsin, sonra bir qarın yemək yeyib, dağılışsın. Mətbuatın həqiqətləri yazdığı zamanda, AFFA-nın idarəetmədəki qüsurlarını, monopoliya siyasətini ifşa etməyə başlamasından sonra bu, məcburi atılmış addımdı. Həm də Beynəlxalq Mətbuat Günündən 1 həftə əvvəl belə tədbirin keçirilməsi anormaldı. Bəylər öz rahatlıqlarını pozmaq niyyətində deyillər, özlərinə uyğun variant seçirlər.
 
Hər şeyə “yeyib-içmək, oynamaq” prizmasından yanaşmaq jurnalistlərə lazım deyil. Belə aksiyaları bilərəkdən bu formada təşkil edirlər ki, mətbuatın yalnız buna yaradığını göstərsinlər. Halbuki həm mətbuata yarayacaq, həm də topluma müsbət siqnallar verəcək tədbir keçirmək mümkün idi. Nə? Qoy bildiklərimiz özümüzə qalsın, zamanı gələndə təşəbbüsümüz və konkret fəaliyyətimiz olacaq. İndi yeyib-içənlərin dövranıdı.
 
İdman jurnalistikası rəzil gündədi. Güclü mətbuat AFFA məmurlarına lazım deyil, inhisarçı planlarına mane  ola bilərik. Bizim başımızı qatıb, öz işlərini böyüdürlər. Bu qurumda çalışanların az qala hamısı 2-3 işdə çalışır, birindən yüksək maaş, birindən konvert alırlar... Belə situasiyada saytların, qəzetlərin maddi-texniki bazasının vəziyyəti, hansı əziyyətlə yaşaması heç kimi düşündürmür.
 
Mətbuat günündə dövlət qurumları ilə bu sahəyə cavabdeh şəxslərlə görüşlər daha maraqlı olardı. Dövlətin, parlamentin xüsusi komissiyaları var, idman siyasətinə cavabdeh insanlar var - biz onlarla görüşləri daha çox istərdik. İdman ölkəsinin idman mətbuatı bu vəziyyətdə olmamalıdı. Medal qazanan hansısa idmançının qonorarı, mükafatı bütün (!) idman jurnalistlərinin illik qazancından çox olduğu zamanda biz nədən danışırıq?
 
Bu gün yeyib-içmək məclisləri təşkil etməkdənsə mətbuatın hörmətini qaldırmaq, onun “ələbaxan” imicini dəyişmək lazımdı. İdman sahəsində qəribə vəziyyətdi: ən çox əziyyət çəkənlər ən az, ən az əziyyət çəkənlər ən çox qazanır. Yetimə bayram haramdı.
 
Məhz belə laqeydliyə etirazımızı bildiririk. Mətbuatda özünə hörmət edən, amalı təmiz olan həmkarlarımızın bir çoxu boykot qərarımızı dəstəkləyir. Ümid edirik ki, bu aksiya layiq olduğumuz hörməti görməyimiz yolunda bir başlanğıc olacaq. Mətbuat ayılıb 4-cü hakimiyyət olduğunu anlamalı, haqlarını bilməlidi”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30