24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Georgi Tsetsadze: “Bunu matçdan sonra görəcəksiniz”

Sabah UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində təmsilçimiz qarabağ “Qarabağ” evdə “Samtredia”nı (Gürcüstan) qəbul edəcək. Futbolxeber.az-ın məlumatına görə, Gürcüstan təmsilçisinin baş məşqçisi Georgi Tsetsadze bu gün keçirilən oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
 
- Bakıya gələn 24 nəfərlik heyətdə zədəli futbolçu var?
- Yox. Hamının vəziyyəti qaydasındadı. Onlar oyuna tam hazırdı. 
 
- Keçən il Avopa Liqasında "Qəbələ"yə Bakıda 1:5 hesabı ilə uduzdunuz. Bu dəfə də həmin nəticənin olacağından çəkinmirsiniz?
- Yox. Çünki heyətimiz başqadı
 
- Səfərdə hansı hesab sizi qane edəcək?
- İndi deyə bilmərəm. Bunu matçdan sonra görəcəksiniz. Hesab edirəm ki, yaxşı oyun olacaq. Hesabı 90 dəqiqədən sonra biləcəyik.
 
- "Qarabağ"la "Qəbələ"ni necə müqayisə edərsiniz?
- "Qarabağ" daha güclü sayıram. Son vaxtlar hər il çempion olursa, deməli, güclüdü.  
 
- Budəfəki rəqibinizdə çəkindiyiniz futbolçu, yaxud mövqe varmı?
- Onu deyə bilərəm ki, "Qarabağ" çox güclü komandadı. Hansı futbolçunu və ya mövqeni fərqləndirmək istəməzdim. "Qarabağ" baxımlı, kombinasiyalı oyun göstərir. Yaxşı olardı ki, belə oynamazdı.
 
- Ev oyununuzun Tiflisdə keçirilməsi kimin təşəbbüsü oldu?
- Çempionatda ev oyunlarımızı Samtrediada - öz stadionumuzda keçiririk. Sadəcə, ora UEFA tələblərinə cavab vermədiyindən avrokuboklarda oynaya bilmirik. Belə olan halda, paytaxtdakı arenadan istifadə etməli oluruq. Matçın məhz "Dinamo" stadionunda keçirilməsi isə öz təşəbbüsüm oldu. 
 
- "Qarabağ"ın Avstriyada bütün yoxlama oyunlardında məğlub olması sizin üçün nəyisə dəyişirmi?
- Yox. Çünki bu, yalnız yoxlama oyunudu. Rəsmi matç tam fərqlidi.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30