25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Qurban Qurbanov: “Mən arxayınam”

Sabah UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində təmsilçimiz qarabağ “Qarabağ” evdə “Samtredia”nı (Gürcüstan) qəbul edəcək. Futbolxeber.az-ın məlumatına görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu gün keçirilən oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
 
- Çox vacib oyuna hazırlaşırıq. Problemlərimiz var. Media da bu barədə fikirlər bildirilib, özümüz də bilirik. 
 
- Yeni transferlər start heyətində çıxa biləcəklərmi?
- Xeyr, hələ hazır deyillər.
 
- Zədəli olan Riçard Almeydanın durumu necədir?
- Onun start heyətində çıxacağını indidən demək olmaz.
 
- Komandanın üzərindən psixoloji yükü götürmək mümkün olub?
- Komandanın tam hazır olduğunu deməzdim. Bu gün istədiyim oyunu onlardan tələb edə bilmərəm. Amma toplantıdan bəri xeyli irəliləyiş olub. Düşünürəm ki, Bakıda olduğumuz zaman da irəliləyişə nail olmuşuq.
 
- “Qəbələ”nin məğlub etdiyi “Samtredia” çoxmu dəyişib?
- Müqayisə etməzdim. Tam fərqli komandalardı. Oyun sistemlərini də dəyişiblər. Bu da ondan xəbər verir ki, müxtəlif modellərdən istifadə edə bilərlər.
 
- “Qarabağ” Avstriya toplanışında keçirdiyi 4 görüşün hamısında məğlub oldu. Bu oyunlardan hansı nəticələri çıxardınız?
- Hər bir nəticə bizim üçün önəmlidi. Deməli, hardasa səhvlərə yol vermişik. Ancaq nə qədər siz narahatsınız, mən də o qədər. Ancaq mən arxayınam. Çünki futbolçuların buraxdığı səhvlər aradan qaldırılandı. Bu cür səhvləri mövsümboyu buraxmışıq. Sadəcə, budəfəki rəqiblərimiz həmin səhvlərdən maksimum yararlandı. İnanıram ki, rəsmi oyunlarda bu səhvlərə yol verməyəcəyik.
 
- Gürcü klubları adətən müdafiədən sayıq olmurlar. Bu məqama xüsusi diqqət yetirmisinizmi?
- Hər komanda minimal səhvə yol verməyə çalışır. İnanmıram ki, Gürcüstan çempionatında gördüyümüz “Samtredia”nı görək. Daha əzmkar, daha istəkli rəqibi görəcəyik.
 
- Fərq “Qəbələ” – “Samtredia” matçındakı kimi olsa, yetirmələrinizi maksimumu sıxmaq tapşırığı verəcəksiniz, yoxsa güclərinə qənaət etməyi?
- Hazırda gücümüz o qədər də çox deyil. Məqsədimiz qənaətbəxş nəticəylə ayrılıb, azarkeşlərimizi də razı salmaqdı.
 
- “İnter” və “Zirə” ilk mərhələdə necə təsir bağışladı? 
- Hər iki komanda xoş təsir bağışladı. Hər bu cür qələbə Azərbaycan futboluna töhfədi. İkinci mərhələdə “Qəbələ” də daxil olmaqla, bütün komandalarımıza uğur arzulayıram.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30