28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

AFFA: yenə festivalbazlıq - BOYKOT!

İyulun 14-də AFFA-nın təşkilatçılığı ilə 22 iyul Milli Mətbuat Günü ilə əlaqədar idman mediasının nümayəndələri üçün tədbir təşkil olunacaq.
 
Gördüyünü kimi, AFFA-nın saytında tədbirin adı "Media futbol festivalı" adlandırılıb.
 
Əvvəla, AFFA Milli Mətbuat Günü üçün tədbir keçirməklə pis bir iş görmür, əksinə, mətbuata yönəlik addım atır. Hətta hansısa məntiqlə bayramdan 8 gün tez olsa da... Ancaq işin anormal, hörmətsizlik yönünü ictimaiyyət və həmkarlar üçün açıqlayaq ki, bilsinlər.
 
28 may Respublika Günü münasibətiylə AFFA yanında Media Komitəsinin ideyası ilə futbol turniri keçirilməliydi. Bu haqda komitənin təklifi AFFA rəhbərliyinə çatdırılsa da, heç bir dəstək olmadı. Həmin ərəfədə MK-nın necə pis vəziyyətə düşdüyünü, turnir haqda elanını yaraşmayan bəhanəylə necə təkzib etdiyini ən azı biz - media mənsubları bilirik.
 
İndi AFFA futbol turniri/festivalı keçirir? Bu, komitəni növbəti dəfə pis vəziyyətdə qoymaq deyil? Komitənin idarə heyətindəki həmkarlarımızı həmkarları qarşısında gözükölgəli qoymaq deyil? Nə oldu, mayda futbol oynamağımız üçün heç bir dəstək verməyən qurum indi hamını belə bir tədbirə özü dəvət edir?
 
Biz bunu qurumun mətbata qarşı aşağılama münasibəti kimi qəbul edirik və belə bir təklifin, tədbirin səmimiyyətinə inanmırıq deyə, qatılmayacağıq.
 
Bildiyimizə görə, Media Komitəsi AFFA-ya daha geniş format təklif etsə də, qurum maddi imkanın çatmadığını əsas gətirərək, futbol festivalı, sonrasında isə "yeyib-içmək" söz verib. 
 
İdman mediasının futbol oynayıb, yeyib-içməyə yox, maddi-texniki bazasının, heç olmasa, minimum səviyyəyə qaldırılmasına ehtiyac var. AFFA-nın pulu yoxmuş... 30 milyon büdcə 5 il əvvəl də var idi, indi də. Dəyişən nədir?
 
Deyək.
 
Dəyişən odur ki, AFFA hər il ötdükcə mediaya qarşı aşağılama münasibətini qabarıq şəkildə hiss etdirir. Bunun ən bariz forması isə məhz bəhs etdiyimiz tədbirdir. Niyə məhz futbol turniri keçirdirlər? Çünki komitənin bacarmadığı bir işi özümüz edirik - göstərgəsi etmək istəyirlər.
 
Üstəgəl, ən pisi.. AFFA komitəyə bildirib ki, tədbirin təşkilatçığını öz öhdəmizə götürməyimizə səbəb Media Komitəsinə üzv olmayan, komitəni qəbul eləməyən KİV-lər də var, əgər təşkilatçı komitə olsa, onlar qatılmayacaq. AFFA-ya görə isə qatılarlar (?!). Bəli, növbəti aşağılayıcı yanaşma...
 
Yoxsa niyə media gününə aid tədbiri AFFA yanında Media Komitəsi yox, AFFA öz üzərinə götürsün ki? Məgər komitəyə üzv olmayanlar komitəyə görə bunu ediblər, yoxsa AFFA-nı qəbul etmədiklərinə görə?
 
Bu və bu kimi anormal, aşağılaycı yanaşmalara etiraz əlaməti olaraq AFFA-nın qarşıdakı tədbirini boykot edirik. Müstəqil medianın inkişafını istəməyən qurumla tədbirləşmək absurddur.
 
Mənbə: Futbolpress.az
 
QEYD: Futbolxeber.az saytı da bu botkota qoşulur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31