23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Neftçi”də “perezaqruzka”: pult yenə Elxan Məmmədovdadı (YAZI)

“Neftçi Peşəkar Futbol Klubu” Məhdud Məsuliyyətli Cəmiyyətində struktur dəyişikliyi edildi. Klubun rəsmi saytı məlumat verir ki, təsisçinin qərarı ilə “İcraçı direktor” vəzifəsi ləğv edilib, “Prezident” və “Vitse-prezident” vəzifələri təsis edilib.

“Neftçi Peşəkar Futbol Klubu” MMC-nin fəaliyyətinə rəhbərlik cəmiyyətin təkbaşına icra orqanı olan Prezident tərəfindən həyata keçiriləcək. Orxan Hüseynzadə müvafiq qərarla prezident, Elnur Eyvazov isə vitse-prezident vəzifəsinə təyin olunub.

Müşahidə Şurası (MŞ) əvvəlki tərkibdə “Neftçi Peşəkar Futbol Klubu” MMC-nin idarə olunmasına nəzarəti həyata keçirəcək. MŞ baş verən struktur dəyişikliyini dəstəkləyir. Şura bu addımın klubun inkişafı üçün səmərəli olacağına inanır.

Bu, xəbərin rəsmi hissəsidi. AFFA-nın baş katibi Elxan Məmmədov 10 illik iş təcrübəsinə sadiq qalaraq, yenə əlaltıları ilə ən mühüm qərarları xəlvəti verdi. Yox, gizli nə isə etmək mümkün deyil. Sadəcə, həmişə ən mühüm qərarları iş saatlarının sonunda, şənbə-bazar açıqlamaqla mümkün müzakirələri sonraya saxlamağa cəhd edən “dəstə” yenə eyni ampluadadı. Bu dəfə futbol ictimaiyyətinin, jurnalistlərin başının avrokubok matçlarına qarışmasından istifadə edərək ən vacib qərarı dünən günün ikinci yarısında açıqladılar.

Amma mətbuat ayıqdı və Elxanın dəstəsinin əslində, nə etmək istədiyini yaxşı bilir. “Neftçi”ni idarə edə bilməyən, klubu iflic gününə salanlar, indi sistemi dəyişir. Sanki uğursuzluğun səbəbi Hüseynzadənin prezident yox, icraçı direktor olması imiş. Halbuki baş həmin baş, bacarıq həmin bacarıqdı. Vəzifənin necə adlanması da böyük əhəmiyyət kəsb etmir – onsuz da klubun ağası elə Hüseynzadə, onun da ağası Elxan Məmmədov idi, yenə də elə olacaq.

Tələsik Müşahidə Şurasının adından da bəyanat yayıblar. Guya ki, şura bu qərarı dəstəkləyir. Halbuki “Neftçi”də şura deyilən şey yoxdu, Çingiz Abdullayev maaşa oturdulub və onu susdurub əvəzinə danışırlar, qalan üzvlər isə klubun qapısını tanımır. İndi xalq yazıçısını elə vəziyyətə salıblar ki, danışmaq, məsələyə şəxsən münasibət bildirmək hüququ da yoxdu. O, susmalı, qarşısına qoyulan sənədə qol çəkməlidi.

Bu struktur dəqyişikliyində “Futbolinfo”nun da rolu oldu. Bir neçə gün öncəki yazımızda klublardakı Müşahidə Şuralarının vahid modelə əsaslanmadığını, hər klubda bir format olduğunu vurğulamışdıq. Məhz bundan sonra “Neftçi”ni “Sumqayıt”a oxşatmağa, prezident üsul-idarəsinə keçməyə qərar verdilər. Yəqin ki, tezliklə “Kəpəz”də, “İnter”də, “Səbail”də də eyni vəziyyət olacaq.

Bu struktur dəyişikliyi mahiyyətcə "Neftçi"yə yeni nəfəs gətirməyəcək. Yenə eyni adamlar adı dəyişmiş vəzifələrdə çalışacaq. Fərq ondadı ki, Çingiz Abdullayev daha arxa plana atılacaq, prezident postu klubda hakimiyyəti bir əldə cəmləşdirməyə imkan verəcək. Buna qədər Hüseynzadə şuranın verdiyi qərarları icra edən şəxs statusunda idisə, bundan sonra MŞ üzvləri ona daha uzaqdan baxacaq.

O zaman prezident üsul-idarəsi Sadıq Sadıqovu yola salmaq üçün planlaşdırılmışdı. İndi isə yenidən əvvəlki sistemə qayıdırlar.

Bu, “Neftçi”nin xilası üçün son reform cəhdidi. Gözdən pərdə asılır, amma real heç nə yoxdu. Yeni mövsüm başlayan kimi daha ciddi dəyişikliklər olacaq. Lakin ovaxta kimi də nələrsə ola bilər. Elxan Məmmədov yatmayıb, imperiyasını, monopoliyasını qorumaq üçün hər yola əl atır.

Mənbə: futbolinfo.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30