24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Zaur Axundov: “Yaxın 1-2 gün ərzində “İnter” “Dalğa Arena”ya köçür”

“İnter”in Müşahidə Şurasının sədri Zaur Axundov Avroliqanın I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Mladost”a qarşı keçirilən görüşdən (2:0) sonra brifinq keçirib. Futbolxeber.az saytının əməkdaşının da suallarını cavablandıran Axundovun müsahibəsini təqdim edirik:

- “İnter” cavab oyununda da Serbiya təmsilçisinə qalib gəldi. Qarşılaşma barədə fikirləriniz necədir?

- Oyundan əvvəl qorxumuz var idi ki, komanda birinci oyunun nəticəsindən sonra “boşalar”. Bunun baş verməməsi üçün futbolçularla xeyli söhbətimiz oldu. Komandaya lazım olan ruhu verdik. İlk oyunda olduğu kimi bu gün də qol buraxmadan qələbə qazandıq və 5:0-la mərhələ adladıq.

- Futbolçuların may ayına görə maaşlarını almaqdıqları deyilir...

- Fikrimiz əsas oyunun yanında idi. Demək olar ki, maaşla bağlı 95 faiz problem yoxdu. Hamı razıdı. Ən əsas odur ki, komanda lazım olan oyunu göstərdi və bu gün qələbə qazandı.

- Oyunçular oyundan sonra sizi alqışladılar. Mərhələ adlamağa görə yaxşı mükafat söz vermişdiz?

- Qələbə münasibəti ilə tərbik elədim. Dedim vaxt azdı. İkinic mərhələ üçün cəmi 5 gün var. İlk addımda rəhbər kimi qələbə qazandıq.

- “İnter”in bazadan çıxarılması məsələsi necə həll olunacaq?

- Bu, bir çətin məsələdi. Bizim üçün sürpriz oldu, belə olacağını gözləmirdim. Həyatdı, “Aqrarkredit” bizlə müqaviləni uzatmaq istəmədi. “İnter” Peşəkar İdman Klubunun təsisçisi məhz “Aqrarkredit” bankdı. Mərdəkanda AFFA-nın çox gözəl təlim-məşq bazası var. Yaxın 1-2 gün ərzində “İnter” “Dalğa Arena”ya köçəcək.

- Növbəti mərhələdə “İnter”in rəqibinin Moldova deyil Lüksemburq təmsilçisi olması sizin üçün sürprizdi?

- Artıq Avropada zəif komanda yoxdur. Əgər Lüksemburq təmsilçisi “Milsami”ni keçirsə, deməli zəif deyil. Ağır oyun olacaq. Vaxtımız da azdı. İlk oyunu Bakıda keçirəcəyik ki, bunu üstünlük saymaq olar.

- Səlahət Ağayev avqustun 1-də “Neftçi”nin düşərgəsinə qayıtmalıdı. Həmin vaxta qədər “İnter” Avroliqada çıxışını davam etdirsə, qapıçı problemini necə həl etməyi düşünürsüz?

- “Neftçi”yə öz təşəkürümü bildirirəm. Ağır durumda bizə dəstək oldular. Səlahətin avrokuboklarda çıxışına imkan yaratdılar. Gəlin tələsməyək, avqustun 1-ni gözləyək. “İnter” həmin vaxtadək Avroliqada çıxışını davam etdirsə yəqin ki, yenə “Neftçi”dən xahiş edəcəyik.

- Kamran Ağayevin “İnter”ə keçidi gündəmdədir...

- Hər komanda istər ki, Kamran kimi qapıçısı olsun. O cümlədən də “İnter”. Amma yanvara qədər vaxt var. Klub rəhbəri kimi çox istərdim Kamran “İmyter”in qapısını qorusun. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30