20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Bunun cəzasını çəkdik”

Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulur. Futbolxeber.az-ın məlumatına görə, səfərdə "Mladost"u (Serbiya) məğlub edən təmsilçimiz “İnter” cavab matçında 2 cavabsız qolla qələbə qazanaraq, növbəti mərhələyə adlayıb. “Dalğa Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Nenad Milovanoviç məğlubiyyəti belə şərhə edib:
 
- “İnter”i qələbə münasibətilə təbrik edirəm. Yaxşı təşkilatçılığa görə isə təşəkkür edirəm. Bu qarşılaşma ilk oyunun təkrarı oldu. İlk oyundakı kimi bu matçda da top üstünlüyü bizdə idi, lakin yenə standart vəziyyətdən qol buraxdıq. “Mladost” çempionat oyunlarında böyük hesabla uduzmamışdı. Bilirdik ki, Denis Silva standart vəziyyətlərdə yaxşı oynayır. Futbolçularımız onu boş buraxdı və bunun cəzasını çəkdik. Ümumiyyətlə, komandanın oyununda intizamsızlıq var idi. Oyunda iki xoşagəlməz halla üzləşdik. Əvvəlcə zədəyə görə erkən əvəzləmə etməli olduq. Ardınca isə futbolçumuz səfeh bir vəziyyətdə qırmızı vərəqə aldı. İkinci hissədə qol vəziyyətləri yaratmağa çalışdıq. Əlimizə düşən imkanlardan istifadə edə bilmədik. Əvəzində, Nizami Hacıyev əks hücumda qapımıza yol tapdı. Bununla da, hər şey həll olundu. Biz avrokuboklarda ilk dəfə çıxış edirdik. Bu oyunlarda biz qol vura bilmədik. Lakin rəqib 5 qol vurdu. Bu da onu göstərir ki, rəqib daha təcrübəlidi. Bu komandaya Avroliqanın qarşıdakı oyunlarında uğurlar arzulayıram.
 
- “İnter” tarixinin ən pis dövrlərini yaşayır. Buna baxmayaraq, bu komandadan 5 qol buraxdız...   
- “İnter”in maliyyə vəziyyətinin yaxşı olmadığı barədə az-çox  məlumatım var. Ancaq futbol oynamaq həvəsi, vətənpərvərlik bu oyunlarda həlledici oldu. 
 
- Hakimlikdən razı qaldız?
- Bu barədə danışmaq istəmirəm. Onların işinə qiymət verənlər var. İki oyunda 5 qol buraxmışıqsa, hakimlikdən danışmağa dəyməz.
 
- Bu oyunlardan öncəni və sonranı müqayisə etsək, Azərbaycan futboluyla bağlı fikirlərinizdə dəyişiklik var?
- “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin oyunları barədə məlumatım var idi. Burda futbol infrastrukturunun inkişaf etdiyi barədə bilirdim. Yaşadığım şəhərdə Azərbaycan şirkətlərindən biri gözəl avtoban tikib. Buna görə, onlara təşəkkür edirəm.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30