23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Zirə” 3 legionerini səfərə apara bilmədi

“Zirə” Avropa Liqasının I təsnifat mərhələsində “Diferdanj”la səfər oyununu keçirmək üçün bu səhər Lüksembuqra yollanıb. Futbolxeber.az-ın məlumatına görə, komandanın baş məşqçisi Ayxan Abbasov sport24.az-a açıqlamasında səfərə tam heyətlə - nəzərdə tutulan 20 futbolçuyla çıxa bilmədiklərini söyləyib.
 
17 futbolçuyla yola düşdüklərini bildirən gənc mütəxəssis 3 legionerin sonra komandaya qoşulacağını bildirib: "Bunlar Jozef Boum II, Kervens Belfort və Viktor İqbekoyidir. Onlar vizalarını ala bilməyiblər. Bu gün həmin məsələ tam həll olunacaq. Vizaları veriləcək və bizdən bir gün sonra gələcəklər. Bu gün Lüksemburqa çatandan sonra istirahətdir. Sabah məşqimiz matç keçiriləcək stadionda olacaq. Həmin hazılrıqda viza probleminə görə səfərə bizimlə çıxa bilməyən legionerlərimiz də iştirak edəcək".
 
Abbasov Lüksemburq paytaxtında "Hilton" otelində qalacaqlarını söyləyib.
 
Xatırladaq ki, bu legionerdən İqbekoyi "Zirə" Premyer Liqada çıxış edəndən, 2 ildir onun şərəfini qoruyursa, Boum II ilə Belfort komandaya yay fasiləsində gəlib. Kervens debütündə "Differdanj"a 2:0 hesabı ilə qalib gəldikləri oyunda 1 qol, 1 məhsular ötürməylə qələbədə əsas pay sahiblərindən olub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30