20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Neftçi”dən azarkeşlərə barışıq jesti

“Neftçi” azarkeşlərlə gərgin olan münasibətləri yumşatlmaq məqsədi ilə daha bir addım atıb.

Futbolxeber.az saytının məlumatına görə, bu gündən etibarən klubunun rəsmi Feysbuk səhifəsində kilidlənən üzvlərin hamısı oradan çıxırılıb. Həmin üzvlər arasında son mövsümlərdə komandanın uğursuz çıxışlarını tənqid edənlər də olub.

“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Əfsərli bununla bağlı bildirib: “Müxtəlif vaxtlarda və müxtəlif səbəblərdən “Neftçi” klubunun rəsmi Feysbuk səhifəsində ban olunan bütün istifadəçilər blokdan çıxarıldı. İstənilən məsələ ilə bağlı istənilən fikri yazmaqda müstəqilsiniz. Sadəcə, bunu etik qaydalar çərçivəsində - söyüş və təhqirə keçmədən etməyiniz xahiş olunur”.

Qeyd edək ki, təxminən 1 ay əvvəl “Neftçi” fanatlara barışıq əli uzadaraq “Forza Neftçi” azarkeş qrupunun üzvləri ilə də görüşüb. Məlum olduğu kimi, komandanın uğursuz çıxışlarından ən çox narazı olan və zaman-zaman istər klub rəhbərliyi, istərsə də baş məşqçinin istefasını tələb edən əsasən “Forza Neftçi”nin üzvləri olub. Bundan sonra “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev keçirdiyi mətbuat konfransında həmin azarkeşləri xuliqan adlandırmışdı. Bu səbəbdən tərəflər arasında onsuz da yaxşı olmayan münasibətlər daha da gərginləşmişdi.

Sözügedən görüşdə baş məşqçi Elxan Abdullayev də iştirak edib. Görüşdə klubla azarkeşlər arasında anlaşılmazlıq olduğu bildirilib və münasibətlərin qaydaya salınması üçün söhbət aparılıb (qol.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30