20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Robert Prosineçki: "Qorxaq kimi qaçmaq istəmirdim"

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki "Vecernji List"ə geniş müsahibə verib. Futbolxeber.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis ümumilikdə 58 sualı cavablandırıb. Həmin müsahibənin maraqlı hissələrini təqdim edirik:
 
- Xüsusi futbolçu karyeranız olub, indi isə məşqçisiniz. Hansına üstünlük verirsiniz?
- Dilemma qarşısında qalsam, oyunçu olmağı seçərdim. Cavan olursan, xoşuna gələnləri edirsən. Məşqçi kimi isə uğur və uğursuzluğun təzyiqi altında yaşayırsan, bütün komanda üçün narahatçılıq keçirirsən. Lakin komandan inkişaf edib irəliyə gedəndə, sənə xoş olur.
 
- Sevimli qələbələriniz?
- 1998-ci il dünya çempionatının final mərhələsində Almaniya üzərində 3:0 hesablı qələbəni qeyd edərdim. Baxmayaraq ki, həmin matçda oynamadım. Hollandiyanı bürünc medal uğrunda məğlub etdiyimiz görüşdə isə çıxış etdim.
 
- Ən yaxşı qolunuz?
- Elə bir qolum yoxdur. Bəlkə “Partizan”a vurduğum qolu fərqləndirmək olar.
 
- Oynadığınız ən yaxşı komanda?
- Xorvatiya millisi və 1990/1991 mövsümündə Çempionlar Kubokunu qazanan “Srvena Zvezda”.
 
- Gördüyünüz ən yaxşı komanda?
- Xosep Qvardiolanın “Barselona”sı. Heç bir komanda meydanda bu qədər dominantlıq etməyib.
 
- Tarixdə ən yaxşı futbolçu?
- Lionel Messi. O, hamımızdan yaxşı oynayır.
 
- Futbol tarixində ən böyük məşqçi?
- Yohan Kroyff.
 
- Uşaqlıqdakı futbolçu kumiriniz?
- Mişel Platini. Cazibədar və nəcib. Onun cərimə zərbələrinə aşiq olmuşdum.
 
- Bütün zamanların ən yaxşı xorvat futbolçusu?
- Davor Şuker və Luka Modriç.
 
-“Real” (Madrid) nə deməkdir?
- Dünyanın ən böyük futbol klubu. Fəxr edirəm ki, həmin ailənin bir parçası olmuşam. Ora gedəndə çox cavan olsam da, komandada özümə yer tapdım.
 
- “Barselona”?
- Bu, bir hərəkatdır. Klubdan da artıq bir anlayışdır.
 
- “Srvena Zvezda”?
- Bu komandanın uğurlu çıxış etdiyi dönəmləri unutmamalıyıq.
 
- Ən böyük futbol atmosferi?
- “Srvena Zvezda” və “Partizan” arasında olan Belqrad derbisi.
 
- “Bursaspor”a getməyib, Azərbaycanda qaldınız...
- "Bursaspor"a qorxaq kimi qaçmaq istəmirdim. Azərbaycan millisində vicdanla işləmişəm və inkişafa nail olmuşuq. Dekabra qədər orada qalacağam.
 
- 2008-ci il Avropa çempionatında Türkiyəyə məğlubiyyət?
- Yuxusuz gecə...
 
- Futbolda videotəkrar?
- Buna qarşı deyiləm. Amma hər xırda epizoda baxmaq düz deyil. Bu, futbolun gözəlliyini boğacaq.
 
- Futboldan başqa sevdiyiniz idman növü?
- Basketbol mənim üçün ikinci idman növüdür. 1980-ci illərin “Tsibona”sı zövq verirdi.
 
- Ən böyük xorvat idmançı?
- Yanitsa Kosteliç (xizəksürmə).
 
- Tarixin ən yaxşı idmançısı?
- Elələri çoxdur, lakin yenə də Maykl Cordanı deyərdim.
 
- Yuqoslaviya bir dövlət kimi?
- Yaxşı musiqi, böyük futbol, böyük idman. Lakin qoy, tarixdə qalsın.
 
- Bəs Xorvatiya?
- Böyük potensial var. Biz daha çox oxumalıyıq.
 
- Xorvat Demokratik Birliyi, yoxsa Xorvatiya Sosial-Demokrat Partiyası?
- Heç biri gözləntilərimizə cavab vermədi.
 
- Sosializm?
- Bu barədə düşünməmişəm. Cəmiyyətdə sosial impuls olmalıdır. Heç vaxt kasıb olmamışam. İnsanların əziyyətlərinin qarşılığını görmələrinin tərəfdarıyam.
 
- Kapitalizm?
- Bəli, amma Xorvatiyada olduğu kimi yox.
 
- Nikahı necə qorumaq lazımdır?
- Güzəştə getməliyik. Bəxtim gətirib, yoldaşımın öz hobbi və maraqları var. O, həm də qızlarımızın daha çox qeydinə qalır.
 
- İki qızınız var. Biri orta məktəbə yeni gedir, digəri 4-cü sinifdə oxuyur...
- Böyük qızım bədii istiqaməti seçib, çox yaxşı məşğuliyyətdir.
 
- Son 58 ilin ən böyük tarixi şəxsiyyəti?
- Nelson Mandela.
 
- Ən sevdiyiniz film?
- “Balkanlı cəsus”. (Report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30