19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Qəbələ” Avstriya klubunu darmadağın etdi

Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” növbəti yoxlama oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, “Qırmızı-qaralar” Zalsburq bölgəsində təşkil olunan hazırlığın ikinci mərhələsində ilk qarşılaşmasında “Qrodiq”lə üz-üzə gəlib.

Komanda oyuna aşağıdakı heyətlə başlayıb: Dmitri Bezotosnı, Vojislav Stankoviç, Rasim Ramaldanov, Araz Abdullayev, Stiven Monroz, Cavid Hüseynov, Vitali Vernidub, Dion Malone, Filip Ozobiç, Endi Hallidey, Ürfan Abbasov.

“Qəbələ” oyunun ilk dəqiqələrindən üstünlüyü ələ alsa da, avstriyalıların müqavimətini yalnız ilk yarının ortalarında qıra bilib. 24-cü dəqiqədə Monroz fərqlənib. Fasiləyədək “Qəbələ” hesabı artırmağa da nail olub. İlk qoldan 13 dəqiqə sonra Ürfan rəqib qapısına yol tapıb.

Baş məşqçi Roman Qriqorçuk oyunun 1-ci hissəsindən sonra Bezotosnı, Hallidey, Hüseynov, Abbasov, Monroz, Ozobiç, Malone və Ramaldanovu əvəzləyib. Onların yerinə meydana Aqil Məmmədov, Elvin Camalov, Asif Məmmədov, Elvin Məmmədov, Fərid Nəbiyev, Roman Hüseynov, Xavyer Ernandes Qonzales və Qismət Alıyev daxil olub.

İkinci hissəyə təmsilçimiz qolla başlayıb. 47-ci dəqiqədə Asif fərqlənib. Bir dəqiqə sonra Ernandes fərqi artırıb. Asif 56-cı dəqiqədə dubl müəllifi olubsa, 58-ci dəqiqədə Araz penaltini dəqiq yerinə yetirib. Fəridin 75-ci dəqiqədəki qolu matçda sonuncu olub - 7:0.

Beləliklə, “Qəbələ” ikinci təlim-məşq toplanışına böyükhesablı qələbə ilə başlayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30