19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Rauf Əliyev: "Bakıda qol vursam, çılğınlıqla sevinərəm"

Bakının "İnter" klubunun hücumçusu Rauf Əliyev Avropa Liqasının I təsnifat mərhələsində səfərdə "Mladost"a qalib gəldikləri oyun (3:0) haqda fikirlərini bildirib.

Futbolxeber.az saytının məlumatına görə, o, qol.az-a açıqlamasında böyükhesablı qələbə qazandıqlarına baxmayaraq, rəqibin zəif olmadığını deyib:

"Oyundan əvvəl heç kim inanmırdı ki, bu hesabla qələbə qazanarıq. Yaxşı nəticə əldə etdik. Ancaq rəqib bizdən çox qol epizodu yaratdı. Həmin epizodların birində fərqlənsəydilər, tamam başqa oyun olacaqdı".

Rauf Əliyev səfərdə vurulan 3 qolun mərhələni adlamaq üçün böyük addım olduğunu bildirməklə yanaşı rahatlaşmayacaqlarını da əlavə edib:

"Çünki cavab oyunu var. Bakıdakı qarşılaşmanın sonuna qədər mərhələni keçdiyimizi deyə bilmərik. Yaxşı şansımız var. Növbəti mərhələyə yüksələcəyimizə inanırıq".

Rauf Əliyev oyunda baxımlı qola imza atsa da, sevincini o qədər də büruzə verməyib. Təcrübəli hücumçu bunu belə izah edir:

"Adətən qolu o qədər də çılğınlıqla qeyd etmirəm. Bakıda qol vuranda çılğınlıqla sevinərəm (gülür)”.

Rauf Əliyevin "Mladost"un qapısına vurduğu gözəl qoldan sonra millimizin baş məşqçisi Robert Prosineçki onu yığmaya çağırmadığı üçün yenidən tənqid olunmağa başlayıb. Rauf isə bu haqda fikir bildirmək istəmədiyini deyib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30