16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Elxan Abdullayev: "Onu "Neftçi"də görmək istəyirəm"

"Pavel Paşayevi "Neftçi"nin heyətində görmək istərdim. Bunu gizlətmirəm".

Futbolxeber.az saytının sport24.az-a istinadən verdiyi məlumata görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev bildirib.

Azərbaycan milli komandasının futbolçusu Pavel Paşayevin maddi problemləri olan Ukraynanın "Stal" klubundan gedişi gözlənilir ki, onun adı daha çox "Neftçi" ətrafında hallanır.

Abdullayev milli komandamızda işlədiyi vaxtdan yaxşı tanıdığı Paşayevi sərəncamında görmək istədiyini inkar etmir: "Çünki Paşayev yaxşı futbolçudur. Hər bir baş məşqçi də komandasında güclü futbolçuların, milli üzvlərinin olmasını istəyər. Ancaq məsələ ondadır ki, Pavelin klubu ilə müqaviləsi var. Mən əvvəl də demişəm ki, "Neftçi"nin qapısı milli komandamızın futbolçularının üzünə açıqdır. Sadəcə, onların sərbəst futbolçu olmaları zəruridir".

Maraqlıdı, 29 yaşlı Paşayev "Stal"dan tam ayrılaraq transfer vərəqini alacağı halda "ağ-qaralar" onu transfer edəcəkmi? Abdullayevin sözlərinə görə, bu, artıq danışıqlardan, müqavilə məsələsində ortaq məxrəcə gəlmələrindən asılıdır.

Xarırladaq ki, "Stal" Ukrayna Premyer Liqasında qalsa da da, klub rəhbərliyi maliyyəni azaldıb, baş məşqçi vəzifəsinə erməni Yeqişe Melikyanı gətirib və növbəti mövsümdə onun əvvəl çalışdırdığı gənclər heyəti ilə oynayacağını bəyan edib. Klub bir sıra futbolçular kimi Pavelə 4 aydır borcludur və müdafiəçimiz bunu bağışlamaq fikrində deyil.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30