23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Səbail” üçün yeni sponsor tapıldı

Topaz Premyer Liqasının debütantı “Səbail”də Müşahidə Şurasının sədri vəzifəsi hələ də boş qalıb. Futbolxeber.az-ın məlumatına görə, vakant posta hansı çevrələrdən gələcəyinə dair apardığı araşdırma bəhrəsini verib.
 
Doğrudu, konkret kimin  seçiləcəyi məlum deyil. Lakin bu, artıq texniki məsələdi. Rəhbərliyə isə Bakı Gəmiqayırma Zavodunun nümayəndəsi gətiriləcək. Hazırda bu Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Rauf Vəliyev, direktoru isə əcnəbi vətəndaşdı. Ola bilər ki, bu rəhbər şəxslərdən heç biri “Səbail”ə gətirilməsin. Ancaq Bakı Gəmiqayırma Zavodu (BGZ) mütləq “Aslanlar”ın Müşahidə Şurasında təmsil olunacaq.
 
Bununla da “Səbail”in illik büdcəsi nəzərəçarpacaq dərəcədə zənginləşəcək. AFFA maliyyə ayırdığı klublara eyni vəsaiti paylasa da, BGZ-nin də paytaxt təmsilçisinə “görüm-baxım” etməsi, komandanın büdcəsinin digərləri ilə müqayisədə daha zəngin edəcək. Qeyri-rəsmi bilgilərə görə, BGZ mövsüm ərzində “Səbail”ə 1 milyon manat civarında vəsait köçürəcək. İndiki durumda isə bu, kifayət qədər nəzərəçarpacaq rəqəmdi.
 
Qeyd edək ki, Bakı Gəmiqayırma Zavodunun “Səbail”in sponsorları sırasına qoşulması, həbelə Müşhaidə Şurasında təmsil olunması rəsmən Topaz Premyer Liqasının startı  ərəfəsi - avqustda elan olunacağı gözlənilir. (Sport24.az)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30