28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Gəncə stadionunda Hollandiya, Türkiyə və Rusiyadan olan mütəxəssislər çalışır”

AFFA-nın vəsaiti hesabına Gəncə şəhər stadionunun ot örtüyünün dəyişdirilməsi prosesi davam edir. Futbolxeber.az-ın məlumatına görə,  arenanın əsas meydançasında görülən işlər İrlandiyanın SİS şirkəti tərəfindən aparılır. 
 
May ayının 11-dən startı verilən işlərin gedişi haqda şirkətin nümayəndəsi Sinan Öztürk “Kəpəz” klubunun saytına açıqlama verib: "Hazırda avtomatlaşdırılmış suvarma sisteminin çəkilişi ilə məşğuluq. Yaxın 3-4 günə bu işlər yekunlaşmalıdır. Bundan əvvəl drenaj sistemini çəkmişik, əsas borunu şəhərin kanalizasiya xəttinə birləşdirmişik. Əraziyə 15 sm. qalınlığında şeben vermişik, indi 20. sm qum qatını tökməyə başlayacağıq. Daha sonra torfla qumu qarışdırıb meydana verəcəyik. Bunlar bitdikdən sonra səpin prosesi başlayacaq".
 
Sinan bəyin sözlərinə görə, görülməsi planlaşdırılan işlər qrafik üzrə gedir və heç bir axsama yoxdur: "Hər şey qaydasındadır, problemimiz, çətinliyimiz yoxdur. İşlərimiz plan üzrə davam edir. Gələn ayın 20-də səpin prosesi bitmiş olacaq. Meydançada Hollandiya, Türkiyə və Rusiyadan olan mütəxəssislər çalışır. Görülən işlərə bizimlə uzun zamandır ki, çalışan təcrübəli yerli işçilər də dəstək verir. Ayrıca olaraq, ot örtüyünə qulluq edəcək işçilər də inşaata nəzarət edirlər. Gələcəkdə hər hansı bir sual yaranarsa, onlar artıq bütün işlərdən xəbərdar olduqları üçün çətinlik cəkməyəcəklər".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31