24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Rumın futbolçu: "Zirə"nin mərhələ adlamaq üçün yaxşı şansı var"

"Mən "Mladost"la tanış deyiləm. Amma yaxşı komanda olduğunu eşitmişəm". Futbolxeber.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında Bakı "İnter"inin futbolçusu Adrian Skarlatake deyib. 
 
31 yaşlı müdafiəçi Serbiya təmsilçisi ilə Avropa Liqasının I təsnifat mərhələsinin oyunlarında şansları yarıbayarı qiymətləndirib. Rumıniyalı legioner "Zirə"nin potensial rəqibi olan Curcu "Astra"sı barədə də fikirlərini bölüşüb. "İnter"ə keçənədək 2015-2016 mövsümündə "Astra"nın heyətində Rumıniya çempionluğu qazanan Skarlatake keçmiş komandasının əvvəlki kimi güclü olmadığını bildirib: "Fikrimcə, "Zirə" ötürmələrlə oynasa, bu, "Astra" üçün çətin olacaq. Digər tərəfdən, bir çox yaxşı futbolçu bu il komandanı tərk edib. "Astra" ötənilki kimi güclü deyil. "Zirə"nin mərhələ adlamaq üçün yaxşı şansı var".
 
Qeyd edək ki, "İnter" Serbiya "Mladost"u ilə ilk oyunu iyunun 29-da səfərdə, cavab görüşünü bundan bir həftə sonra evdə keçirəcək. "Zirə" isə Lüksemburq "Differdanj"ını mübarizədən kənarlaşdırsa, Avroliqanın II təsnifat mərhələsində "Astra" ilə üz-üzə gələcək. Bu mərhələnin qarşılaşmaları iyulun 13-də və 20-də olacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30