19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

“Karabakh Vienna” Avstriyada üçüncü çempionluğunu qazandı

AZƏRBAYCANLI FUTBOLÇUL “KARABAKH VİENNA”DA ÇIXIŞ ETMƏK İMKANI QAZANACAQ

Avropada uğurlu çıxışıyla azarkeşlərimizi sevindirən “Karabakh Vienna” Avstriyanın Stadt Liqasında bütün rəqiblərini qabaqlayaraq çempionluq sevinci yaşayıb.

Futbolxeber.az saytının məlumatına görə, cari mövsüm inamlı çıxışı ilə seçilən kollektiv vaxtından əvvəl qızıl medalı təmin etməklə ölkənin Regional Liqasinda yükəlib.

Klubun təsisçisi və idarə heyətinin rəhbəri Orxan Vəliyevin səyləri və inkişaf konsepsiyasına uyğun olaraq komanda ilbəil yeni səviyyəyə qalxır. Avstriya Dövlət İqtisad Universitetinin məzunu olan həmyerlimiz həm də futbol azarkeşidir.

Orxan Vəliyev klubun mətbuat xidmətinə açıqlamasında komandanın əsas məqsədi haqqında bunları deyib: “Karabakh Vienna”nın uğurları bizi daha böyük işlərə həvəsləndirir. Klubun qazandığı qələbələr Azərbaycan-Avstriya arasında dostluğu möhkəmləndirir. Üstəlik futbolumuz üçün yeni perspektivlər yaradır. Əsas məqsədimizdən biri azərbaycanlı futbolçuların Avstriya komadasına transfer olmasıdır. Bu, həqiqətən də çox gözəl başlanğıc olar. Beləcə “Karabakh Vienna” meydanda da Azərbaycan çalarını qazanacaq. Həmçinin yerli futbolçular xaricdə də çıxış edərək beynəlxalq təcrübə əldə edəcəklər. “Karabakh Vienna” yeni mövsümdə də azarkeşlərini sevindirmək üçün uğurlu çıxışını davam etdirməyə çalışacaq”.

Xatırladaq ki, inkişaf üçün vacib faktor sayılan baza problemi artıq həll olunub. Komanda ev oyunlarını doğma bazasında 0 “Karabakh Vienna” da keçirir. Klubun əsas oyunçuları ilə yanaşı, aşağı yaş qruplarından ibarət komandası da fəaliyyət göstərir.

“Karabakh Vienna”ya Azərbaycanda olan böyük marağı  nəzərə alaraq klub yaxınlarda Bakıda fan-klub açmağı planlaşdırır. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30