29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Gürcüstan səfiri: “Qarabağ” bölgənin ən sevimli komandasıdır”

Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində ölkəsini təmsil edən “Samtredi”anın “Qarabağ”la keçirəcəyi oyunlarla bağlı fikirlərini açıqlayıb. Futbolxeber.az-ın futbolpress.az-a istinadən məlumatına görə, səfir bununla bağlı sualları cavablandırıb:
 
- Püşkatmanın nəticəsindən xəbərdarsız? ÇL-də "Qarabağ" "Samtredia" ilə düşdü.
- Bəli, xəbərdarıq. Hər iki tərəf üçün gözəl xəbərdir. Mən bunu idman baxımından demirəm təbii ki (gülür). Ölkələrimiz arasında idmanda ədalətli rəqabətə isə söz ola bilməz.
 
- Son illər püşk Gürcüstan və Azərbaycan klublarını rəqib çıxarmağı sevir...
- Püşk ən doğrusunu edib (gülür).  "Samtredia" Gürcüstanın ənənəsi olan klublarındandır. Mükafat baxımdan muzeyi elə zəngin olmasa da, həmişə istedadlı futbolçular yetişdirib. "Qarabağ" isə bölgənin ən sevimli klubudur. Artıq neçə ildir ki, Azərbaycanı, mən deyərdim, bütün Qafqazı Avropada layiqincə təmsil edən tək klubdur. "Samtredia" üçün çətin olacaq. Ən xoşuma gələn isə komandanın Qafqaz texnikasına xas futboludur.
 
- Bakıdakı oyuna stadiondan baxmaq imkanınız olacaq?
- Buna çalışacağıq. Bu, futbol bayramıdır.
 
- "Hansı komandaya azarkeşlik edəcəksiz" sualını verməyə gərək yoxdur, yəqin...
- "Dinamo Tbilisi" azarkeşiyəm, ancaq bu oyunda möhtəşəm futbola azarkeşlik edəcəm. Bildiyim qədər "Qarabağ" son illər ardıcıl Avroliqada qrup mərhələsinədək irəliləyir və orda da yaxşı oyun sərgiləyir. Bu, böyük göstəricidir. Gürcüstan futbolunda da bir müddət davam edən durğunluğa son verilib, artıq islahatların nəticəsini görməkdəyik.
 
Qeyd edək ki, II təsnifat mərhələsinin qarşılaşmaları 11-12 və 18-19 iyul tarixlərində keçiriləcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31