18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Qriqorçuk: “Komandam beynəlxalq arenada çıxış etməyə hazır deyil”

Avropa Liqasının II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq “Qəbələ” “Yaqelloniya”  (Polşa)/“Dinamo” (Gürcüstanın) cütünün qalibi ilə qarşılaşacaq.

Futbolxeber.az saytının məlumatına görə, hazırda Avstriyada təlim-məşq toplanışında olan “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk püşkatmayla bağlı sport24.az-ın suallarını cavablandırıb.

- Təcrübə göstərir ki, püşkatmaya heç vaxt xüsusi diqqət ayırmırsınız. Bu dəfə də istisna olmadı?

- Tamamilə doğrudur. Bəxtimizə kimin çıxacağına təsir qüvvəmiz yoxdur. Bu səbəbdən də hansısa həyəcan, arzu, istək, plan, proqnozum yox idi. Kim çıxacaq, onunla da oynamalıyıq. Bu qədər sadə.

- Ancaq artıq potensial rəqiblərinizi tanıdınız.

- Avrokuboklarda zəif komanda iştirak edə bilməz. Həm “Yaqelloniya”, həm də Batumi “Dinamo”suna böyük hörmətlə yanaşırıq. İndi işimiz bir az da artdı. Çünki komandamın daxili məsələlərinə Avropa Liqasındakı potensial rəqibləri öyrənmək də əlavə olundu. Nə gizlədim, indi komandam nə daxili, nə də beynəlxalq arenada çıxış etməyə hazır deyil. Hələ görüləsi xeyli işimiz var. Bax, buna da vaxt və çarə tapmaq gərəkdir.

- Polşa və Gürcüstan təmslçiləri. Ötən mövsüm “Qəbələ” Gürcüstanın digər təmsilçisinə master-klass keçdi. Yenə “bicolar”la oynamaq istəyirsiniz, yoxsa “panlar” daha cəlbedici gəlir?

- Bu komandaların heç birinə bələd deyiləm. Ancaq coğrafi baxışa söykənərək ehtimal edirəm ki, tam fərqli futbol məktəblərinin təmsilçiləri ilə qarşılaşa bilərik. Yalnız dərin təhlildən sonra hansı rəqibin bizə daha münasib olacağına dair fikir yürüdə bilərəm.

- Ancaq hər iki ölkə sizə qonşu düşür: Polşa Ukraynayla qonşudu, Gürcüstan isə 3-cü ildi yaşadığınız Azərbaycanla...

- Doğrudan da elədir! Deməli, hara getsəm, qonşularımla oynayacam (gülür). Tam fərqli rəqiblərdir. Və yenə də deyirəm, bizim istəyimizlə həmin cütlüyün qalibi müəyyənləşməyəcək. Növbəti mərhələyə kim çıxsa, “Qəbələ” də onunla qarşılaşacaq.

-  Bu komandalar arasında baş tutacaq iki oyundan heç olmasa birini stadiondan şəxsən izləmək fikriniz yoxdur?

- Bütün hallarda hər iki komandanı diqqət mərkəzində saxlayacağıq. Minimum bir oyunda da təmsilçimizin stadionda olacağını düşünürəm. Ancaq mənim işlərim başımdan aşır. Yəqin ki, köməkçilərimdən birini göndərərəm.

- Ağrılı mövzuya da toxunaq. Artıq püşkatma da arxada qaldı, “Qəbələ” isə yola saldığı futbolçuların yerini doldurmur ki, doldurmur.

- Tamamilə haqlısınız. Biz də gözəl başa düşürük ki, yubanırıq. İyulun 13-də ilk oyuna çıxmalıyıq. İyulun 12-də sıralarımıza oyunçu qatacağıqsa, o, bizə ertəsi gün kömək edə bilməyəcək. Hazırlıq keçməlidir, formaya düşməlidir, ümumi ansabla oturuşmalıdır, ondan nə istədiyimizi qavramalıdır. Bütün bu komponentləri biz də gözəl başa düşürük. İnanın, indiki vəziyyətdə sutka ərzində ən çox vaxtımı alan məhz bu məsələdir. Baş sındırırıq, düşünürük, götür-qoy edirik. Onsuz da alternativimiz yoxdur. Mütləq yeni transferlər etməliyik. Ancaq bu, nə qədər tez baş versə, bir o qədər işimizə daha faydalı olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30