25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Milovanoviç: “İnter”i yaxşı tanımırıq”

Bu gün Avropa Liqasında 2017/18 mövsümünün 1-ci və 2-ci təsnifat mərhələsinin püşkü atılıb. Futbolxeber.az-ın məlumatına görə, İsveçrənin Sürix şəhərində keçirilən mərasimdə klublar rəqiblərini tanıyıblar.
 
Mübarizəyə ilk təsnifat mərhələsindən start verəcək təmsilçimiz “İnter” "Mladost"a (Serbiya) rəqib olub. Yerli mətbuata danışan Serbiya klubunun baş məşqçisi Nenad Milovanoviç təmsilçimizi yaxşı tanımadıqlarını deyib: “Demək olar ki, rəqibimizi yaxşı tanımırıq. Vaxtımız var, rəqibimizin oyununu təhlil edəcəyik və layiqli mübarizə aparmağa çalışacağıq. Mən və futbolçularım məsuliyyəti dərk edirik. Ölkəmizi turnirdə layiqli təmsil etməyə çalışacağıq. Hədəfimiz maksimum dərəcədə irəliləməkdi". 
 
47 yaşlı mütəxəssis ilk oyunla bağlı da bir-iki cümlə söyləyib: "İlk oyunu evdə keçirəcəyik. Doğma medanda qol vursaq, əla olar. Amma qolsuz heç-heçə də pis olmaz". 
 
Qeyd edək ki, ilk oyunlar iyunun 29-da, cavab görüşləri isə iyulun 6-da baş tutacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30