25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Ən çətin rəqib bizə düşdü”

“Rəqibimizin kim olduğunu bildik. Artıq diqqətimizi ilk oyunun hazırlığına yönəldəcəyik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri apasport.az saytına açıqlamasında “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.
 
Ölkəmizi Avropa Liqasında təmsil edəcək bakılılar ilk təsnifat mərhələsində Serbiyanın “Mladost” klubu ilə üz-üzə gələcəklər.
 
Püşkün nəticəsini dəyərləndirən Svanadze bəxtlərinin gətirmədiyini bildirib. Bununla belə, gürcüstanlı mütəxəssis mərhələ adlamağa çalışacaqlarını qeyd edib: “Deyərdim ki, ən çətin rəqib bizə düşdü. “Mladost” güclü komandadı. Serbiya futbolu həmişə yaxşı mənada fərqlənib. Rəqib barədə ətraflı məlumat toplayacağıq. Kiminlə düşmək istərdik? Artıq bunun mənası yoxdu. Belə baxanda, böyük fərq etmir. Bəxtimizə hansı komanda düşübsə, ona qarşı da oynamalıyıq. Futbolda istənilən nəticə qeydə alına bilər. Hər komandanın şansı var. İndiki məqamda məni yalnız “Mladost”la oyunlar maraqlandırır”.
 
Svanadze hazırkı heyətlə də Avropa Liqasında uğurlu çıxış etməyin mümkün olduğunu vurğulayıb: “Futbolçularıma inanıram. Bu heyətlə də mübarizə apara, “Mladost” səddini keçə bilərik. Necə olacağını görəcəyik? Amma istənilən rəqibə qarşı oynayıb, uğur qazanmaq olar. Hazırlıqdan çox şey asılıdı. Matça eyni tempdə hazırlaşmaqda davam edəcəyik”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30