19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Ramin Musayev: "Araz"a lisenziya verdilər mənə nə dəxli, vermədilər nə dəxli?"

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev yeni mövsümdən etibarən I divizionda çıxış etmək istəyən Naxçıvanın "Araz" klubuna lisenziya verilməməsinə münasibət bildirib. Futbolxeber.az-ın məlumatına görə, PFL başqanı bu məsələnin ona heç bir aidiyyatı olmadığını bildirib: "Araz"a lisenziya verdilər mənə nə dəxli, vermədilər nə dəxli? Lisenziyanı mən vermirəm ki... Gedin, AFFA-dan soruşun ki, niyə "Araz"a lisenziya vermilər. Belə baxanda mən də istəyirəm ki, "Araz" birinci divizionda oynasın. Amma birinci liqada mübarizə aparan klublar Naxçınava getmək istəmirlər. Mən də "Araz"a təklif elədim ki, gəlin, Bakıda oynayın. Biz sizin üçün hər bir şəraiti yaratmağa hazırıq. Lakin qarşı tərəfdən cavab gəldi ki, bizə göstəriş verilib ki, Naxçıvanda oynamalıyıq. İndi mən də qalmışam çətin vəziyyəydə. Bunun üçün əlimdən gələni edirəm. Lakin hələ ki ortaq məxrəcə gəlmək mümkün olmur. İndi siz deyin, mən neyləyim?"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30