20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Əliyar Ağayev: “Adımın yenə ikinci kateqoriyalılar siyahısında qalmasına səbəb tapa bilmirəm”

"Birinci kateqoriyalı hakimlər siyahısına keçə bilməməyimin səbəbi özümə də maraqlıdır". Futbolxeber.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında azərbaycanlı FİFA referisi Əliyar Ağayev deyib. 
 
UEFA Hakimlər Komitəsinin 2017-2018 mövsümü üçün açıqladığı siyahıda ikinci kateqoriyalı referilər siyahısında qalan Ə.Ağayev bildirib ki, birinci kateqoriyaya irəliləyəcəyini gözləyirdi: "Fevralda İspaniyanın Malaqa şəhərində UEFA-nın təşkil etdiyi təlim-məşq toplanışında yüksək səviyyədə iştirak etmiş və normativlərdən də uğurla keçmişdim. Həm də təyinat aldığım oyunlardan yüksək qiymətlər almışdım. Gözləyirdim ki, yeni mövsümdən birinci kateqoriyalı referilər siyahısında olacağam. Amma siyahı ilə tanış olduqda 4 nəfərin birinci kateqoriyaya keçdiyini, 2 nəfərin isə elitdən birinci kateqoriyaya endiyini gördüm. Adımın yenə ikinci kateqoriyalılar siyahısında qalmasına səbəb tapa bilmirəm".
 
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun hazırda Bakıda olmadığını deyən Ağayev məsələyə yaxın müddətdə aydınlıq gələcəyinə ümid etdiyini bildirib.
 
Qeyd edək ki, Əliyar Ağayevin birinci kateqoriyaya keçəcəyi hələ 2016-cı ilin sonlarında gözlənilirdi. Bunu AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov UEFA Hakimlər Komitəsinin Azərbaycan üzrə kuratoru Nikolay Levnikova istinadən demişdi. Lakin qışda da siyahıda dəyişiklik baş verməyincə, Məmmədov iyunda irəliləyişin mütləq gerçəkləşəcəyini açıqlamışdı.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30