18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Qəbələ”dən böyükhesablı qələbə

İyunun 7-dan Avstriyanın Tirol bölgəsindəki İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində təlim-məşq toplanışında olan “Qəbələ” mövsümlərarası dövrdə ilk yoxlama oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, Avstriyadakı hazırlıq çərçivəsindəki ilk rəqib yerli “Fulpmes” klubu olub.

“Qırmızı-qaralar” qarşılaşmaya aşağıdakı “11-lik”lə başlayıb: Dmitri Bezotosnı, İlqar Qurbanov, Tellur Mütəllimov, Vitali Vernidub, Vojislav Stankoviç, Elvin Camalov, Qismət Alıyev, Filip Ozobiç, Roman Hüseynov, Asif Məmmədov, Baqali Dabo.

“Qəbələ”nin aşkar üstünlüyü ilə keçən qarşılaşmanın ilk 45 dəqiqəsində 4 qol vurulub. Dabo, Mütəllimov, Qurbanov və Ozobiç meydan sahiblərini oyuna mərkəzdən başlamağa məcbur edib. 

Baş məşqçi Roman Qriqorçuk ikinci hissədə Aqil Məmmədov, Yusif Nəbiyev, Rasim Ramaldanov, Sahil Mirzəyev, Fərid Nəbiyev, Ülvi İbazadə və Hacıağa Hacılıya da şans verib.

Matçın ikinci yarısında “qırmızı-qaralar” üstünlüyünü daha da artıraraq daha 4 qol vurub. Öncə Camalov fərqlənib, ardınca Alıyev penaltidən dəqiq olub. Meydana fasilədən sonra daxil olan İbazadə isə dubla imza atıb.

Beləliklə, Avstriya toplanışında ilk oyununda “Fulpmes”i sınağa çəkən “Qəbələ” böyükhesablı qələbə qazanıb – 8:0. Təmsilçimiz iyunun 15-də Rusiyanın “Axmat” klubu ilə üz-üzə gələcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30