23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Qəbələ” “Caspian Cup”a yekun vurdu

Rusiyanın Kaspiysk şəhərində keçirilən “Caspian Cup” turnirinə yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası turnirin son günündə 7-ci yer uğrunda matça çıxıb. 
 
“Qırmızı-qaralar” Rusiyanın “Ramzan” komandası ilə qarşılaşıb. Oyun boyu üstünlüyə malik olan “Qəbələ” topa daha çox nəzarət etsə də, bundan yararlana bilməyib. Görüşün əsas vaxtı qalibi müəyyənləşdirməyib. Əlavə vaxtın ilk 10 dəqiqəsində də azarkeşlər qol görməyib. Son 10 dəqiqədə vurulan yeganə qol isə rusiyalılara qələbə qazandırıb – 1:0. Beləliklə, Rakif Əliyevin baş məşqçisi olduğu U-14 turniri 8-ci pillədə başa vurub.
 
Yarışın qalibi adına isə finalda Rusiya “Krasnodar”ına 2:1 hesabı ilə qalib gələn Gürcüstan “Dinamo”su (Tiflis) yiyələnib. Üçüncü yeri isə Rusiya “Rostov”u tutub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30