19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Qəbələ” rəsmisi Sürixdə: “Qalatasaray”ın nümayəndəsi ilə fikir mübadiləsi apardıq”

“Qəbələ”nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bugünlərdə Sürixdə FIFA-nın təşkil etdiyi seminara qatılıb.

Bununla bağlı Futbolxeber.az saytının suallarını cavablandıran A. Hacıyev seminarın transferlərlə bağlı olduğunu qeyd edib:

“FIFA-nın təşkil etdiyi seminar TMS - Transfer Matching Systemlə bağlı idi. Hərfi tərcümə etsək, TMS transferlərin uyğunlaşdırılması sistemidir. Bu sistem dünya üzrə transferlərin reallaşdırılması üçün yaradılıb. Mən də seminara “Qəbələ” İdman Klubunun TMS meneceri kimi qatıldım. Dəvət təxminən 1 ay əvvəl FIFA-dan gəlmişdi. Seminara Azərbaycandan klub olaraq yalnız “Qəbələ” qatılmışdı. Sürixə AFFA-nın TMS meneceri Orxan Əhmədov da yollanmışdı. Elə İsveçrəyə də onunla birgə səfər etdik”.

“Qəbələ” rəsmisi tədbirin məqsədi ilə bağlı bunları söyləyib:

“Seminar TMS-dəki son yenliklərlə bağlı idi. Seminarda, əsasən 18 yaşdan aşağı futbolçuların transfer məsələləri, həmin transferlərin hansı formada, hansı qaydalarla tənzimlənməsi, menecerlərin işlərinin doğru şəkildə qurulması, transferlərin FİFA-ya düzgün şəkildə çatdırılması, sistemdə özünü tapması və digər məsələlər müzakirə olundu. Seminarın olduqca faydalı olduğunu söyləyə bilərəm”.

Anar Hacıyev seminar zamanı Avropanın bir sıra klub nümayəndələri ilə görüşdüklərini də vurğulayıb:

“Seminarı FIFA təşkil etsə də, iştirakçılar yalnız Avropa klublarının nümayəndələri idi. Çünki bu seminar hər qitə üzrə ayrı-ayrı keçirilir. Rusiya, Türkiyə klublarının, “Qalatasaray”ın, “Panatinaikos”un, “Uotford”un nümayəndələri ilə fikir mübadiləsi apardıq”.

Hacıyev səfərin bütün xərclərinin FIFA tərəfindən qarşılandığını da sözlərinə əlavə edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30