Ölkə futbolu
“Kəpəz”in baş məşqçisi: “Nəticə şəraitə uyğundur”
Futbolxeber.az sizi “Kəpəz”in əvəzedici komandasının baş məşqçisi Azər Məmmədovun klub saytına müsahibəsi ilə tanış edir:
- Azər müəllim, aradan 1 aydan da çox vaxt keçib. Çempionatın yekunlarını təhlil etmək, nəticələr çıxarmaq üçün xeyli zamanınız olub. Sizi eşidirik...
- 8 komandanın yarışdığı çempionatda 6-cı yeri tutduq. Gəncə futbolunun son illər vəziyyəti, yəni “Kəpəz”in fasilələrlə fəaliyyətini dayandırıb bərpa etməsi uşaq futboluna müəyyən qədər zərbə olub. Futbola axın azalmışdı. Bunun nəticəsidir ki, əvəzedici komanda üçün uyğun yaşda futbolçu tapa bilmirik. Klubun məqsədi də yerli uşaqlarla çıxış etməkdir. Ona görə kənardan oyunçu gətirmək planlarımıza daxil deyil. Bütün bunları nəzərə alıb, çıxışımızı yaxşı qiymətləndirmək olar. Düzdür, yer olaraq yaxşı görünməyə bilər, amma nəticə şəraitə uyğundur.
- “Kəpəz” daha üst pillələrdə yer ala bilərdi. Turnir cədvəlində yuxarıda yer alan rəqiblərlə xal fərqi elə də çox deyil.
- Bizdən 2 pillə yuxarıda olan komandalardan elə də çox arxada deyildik. Hətta 4-cü yeri tutmaq şansımız da vardı. Çempionatda üst sıralarda qərarlaşmış komandaların əksəriyyətini biz məğlub etmişik. Evdə “Qarabağ”, “Qəbələ”yə qalib gəmişik, “Neftçi” ilə heç-heçə oynamışıq. Hətta səfərdə belə bu komandalara qarşı layiqli mübarizə aparmışıq.
- Artıq 2 ildir ki, komandanın başındasız. Uşaqlarda inkişaf hiss olunur? Gələcəkdə bu futbolçulardan əsas komandada forma geyinə biləcəyi var?
- Komandada potensiallı uşaqlar var. Əvəzedici komandanın baş məşqçisi kimi yox, futbol adamı kimi deyirəm ki, gələcəkdə bizim heyətdən 4-5 futbolçu əsas komandanın heyətində yer alıb böyük futbol oynaya biləcək. Buna hamımız ümid edirik. Baş məşqçimiz Şahin Diniyevin əvəzedicilərlə bağlı fikirləri ilə də tanışam. Sevinirəm ki, Şahin müəllim gənclərə yer verməyə hazırdır. Bu gün reallıq var ki, bütün Azərbaycan aşağı yaş qrupları üzrə komandalara futbolçuları Gəncədən daşıyır. “Kəpəz”in məqsədi yerli uşaqları komandaya qazandırmaqdır. Turnir cədvəlində üst pillələrdə yer almaq sevindirici olar, amma ən əsası əvəzedicidən əsas komandaya futbolçu verməkdir. Nə qədər çox uşaq versək, bir o qədər xoşbəxt olarıq.
- Yeni mövsüm üçün gedənlər və gələnlər haqda qərar verilib?
- Əlbəttə ki, dəyişikliklər olacaq. Aşağı yaş qruplarından komandaya futbolçu cəlb etmək istəyirik. Amma bir şeyi təəssüflə qeyd edim ki, U-19 komandamızdan futbolçu götürmək imkanımız aşağıdır. Bu yaş qrupu üzrə futbolçulara mövsüm ərzində göz qoymuşuq. Yenə də axtarışdayıq. Kənarda oynayan gəncəli uşaqlara da baxırıq. Perspektivli oyunçuları komandaya cəlb etməyə çalışacağıq. Çətinliyə baxmayaraq əvəzedici heyəti yaxşı səviyyədə saxlamaq əsas məqsəddir. Axtarışlarımız, danışıqlarımız davam edir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- ETOPAZ: Məsləhət bizim, qazanc sizin
-
14:21
Valdemar Almeyda: “İlk üçlükdə olmaq üçün bütün oyunlarda qalib gəlməliyik”
-
14:08
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
-
13:49
"Olimpiadada Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram"
-
13:34
AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
-
13:12
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
12:55
"Qarabağ"ın uğurlarına sevinirəm, amma "Neftçi" mənə daha əzizdir" VİDEO
-
12:27
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
-
12:06
Şeydayevin qaçırdığı qol şansları... VİDEO
-
11:43
Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
-
11:18
"Azərbaycan voleybol tarixində belə finala şahidlik etməmişdik"
-
10:50
"Final görüşünün əhəmiyyətini başa düşürdük"
-
10:39
Avropa çempionatı: Ülviyyə Fətəliyevadan maksimum nəticə
-
10:24
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
10:12
Masaki Murata: “Bu tip insanlar həmişə problem axtarır”
-
09:57
Milan derbisində 3 qol, 3 qırmızı vərəqə VİDEO
-
09:41
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
-
09:28
"Roma" öz meydanında "Bolonya"ya uduzdu VİDEO
-
00:10
Diniyev - Şeydayev mübarizəsində kim sevindi?
-
20:38
“Neftçi” rəhbərliyi I Liqa klubunun prezidenti ilə görüşdü
-
19:21
Azərbaycan çempionu məlum oldu
-
19:00
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi: “Pul alırıqsa, haqqını verməliyik”
-
18:17
Azərbaycan qılıncoynadanları dünya birinciliyində çıxışlarını başa vurublar
-
17:55
Boksçumuz ermənini məğlub etdi
-
17:24
II Liqada oyunların vaxtı məlum oldu
-
17:03
“Sumqayıt” - “Qarabağ” oyununun biletləri satışda
-
16:48
"Cəbrayıl" - "Bakı Sportinq" matçında tək qol VİDEO
-
16:32
“Neftçi” “Yaşıl Gələcək” layihəsinə 1000 ağac ianə edib
-
16:19
“Kür” liderlə xal fərqini minimuma endirib
-
15:56
I Liqada 24-cü turun oyun cədvəli
-
15:41
“Bakı Sportinq”dən çempionluq yolunda vacib qələbə
-
14:27
Azərbaycan Kuboku: 1/2 finalın cavab oyunlarının saatı bilindi
-
14:03
Azərbaycan Basketbol Liqası: Son turunun proqramı müəyyənləşib
-
13:34
U-17-nin İnkişaf turniri üçün yekun heyəti açıqlandı
-
13:15
Nicat Abasov İddiaçılar Turnirini qələbəsiz və sonuncu yerdə bitirdi
-
12:58
"Atletiko"dan gözlənilməz məğlubiyyət VİDEO
-
12:40
Anas Najah: “İnsanlar hansı hakim səhvindən danışırlar?”
-
12:26
"Bayer" 90+8-də məğlubiyyətdən qaçdı VİDEO
-
12:19
Azərbaycan Kubokunun yarımfinal görüşlərinin başlama saatları açıqlanıb
-
11:51
Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub
-
11:37
Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar
-
11:24
“Yurqorden” rəsmisi Qurbanlının klubdan gedişi barədə: “Ayrılmaq istədiyini deməyib”
-
11:05
"Səbail" və "Zirə"dən yubiley qələbəsi
-
10:53
Ağabala Ramazanov qayıdışından, avrokuboklardan və qızının açdığı pankartdan danışdı
-
10:42
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
-
10:26
Azərbaycan Premyer Liqasında rekord təkrarlanıb
-
10:18
"Turan Tovuz"un tarixinə düşən məğlubiyyət
-
10:11
Azərbaycanın üç boksçusu 1/4 finalda
-
09:59
"Qalatasaray"dan növbəti qələbə VİDEO
-
09:47
Millimizin yarımmüdafiəçisi "Dinamo"ya qarşı oynadı
-
09:30
El Klasikonu "Real" qazandı VİDEO