23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Rəvan"da "gücləndirilmiş rejim"

"Rəvan” yeni mövsümə hazırlıqlarını davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, komanda bazar ertəsi baş tutan bərpaedici məşqdən sonra "gücləndirilmiş rejim”lə çalışır. Gündə 2 dəfə məşq edən futbolçular bugünkü səhər məşqində əsasən fiziki hazırlıq üzərində çalışdı. Müxtəlif maneələri dəf etməklə müəyyən olunmuş məsafələrə qaçan oyunçular eyni zamanda fiziki çalışma üzrə ənənəvi təmrinləri də yerinə yetirdi.

Axşam məşqində isə texniki-taktiki hazırlıq ön plana çıxdı. Baş məşqçi Ramil Əliyev yetirmələrinə dar sahədə pressinq altından çıxmaq üzrə xüsusi tapşırıqlar verdi. Təxminən saatyarım davam edən məşqdə oyunçular ənənəvi "kvadrat” üzrə də çalışdılar. Bir toxunuşlu ötürmələrlə topu özündə saxlamağa yönəlik hərəkətlər isə bütün oyunçuların lap ürəyindən oldu. Məşqin sonunda komanda üzvləri cinah asmaları və onların qapanması, eləcə də qapıya zərbələr üzərində işlədi.

Qeyd edək ki, hərbçilər arasında keçirilən I dünya çempionatında millimizin şərəfini qoruyan 6 futbolçunu saymasaq, heyətlə bağlı problem yoxdur. Belə ki, yüngül zədələri olan qapıçılar Lukaş Sapela və Fuad Əhmədov, eləcə də dizindəki ağrılara görə bir müddət "istirahət edən” Şəhriyar Rəhimov bütün komanda ilə ümumi qrupda məşqdə iştirak etdi.


revanfc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30