19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Heydər Əliyev Kubokunda daha iki oyun keçirildi

Futbol üzrə Heydər Əliyev Kuboku uğrunda yarışda daha iki oyun keçirilib. Futbolxeber.az-ın məlumatına görə, 28 may – Respublika gününə təsadüf edən 2-ci turun ilk oyunundan öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, üçrəngli bayrağımız ucaldılıb.
 
Günün ilk oyununda “Mil-Muğan” və MOİK komandaları üz-üzə gəliblər. Görüş 1:1 hesabı ilə yekunlaşıb və hər iki komanda aktivinə 4-cü xalı yazdıraraq, müvafiq olaraq turnir cədvəlində 1 və 2-ci yerləri bölüşdürürlər. 
 
Günün ikinci oyununda “Araz Naxçıvan” “Zaqatala”nı məğlub edib - 2:1. 3 xal qazanan “Araz Naxçıvan” 3-cü yerdədi. Turnirin xal qazanmayan yeganə komandası “Zaqatala”dı.
 
Qeyd edək ki, turnirin 3-cü – həlledici turu 30 mayda reallaşacaq. 
 
28 may 
 
“Mil-Muğan” - MOİK - 1:1
Qollar: Vüqar Əlibabayev, 21 - Rəhman Musayev, 5
 
“Araz Naxçıvan” - “Zaqatala” - 2:1
Qollar: Elşad Manafov, 42. Nurlan Novruzov, 57-pen. - Rəhman Şabanov, 10-pen
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30