28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ” rekordunu təkrarladı

"Qəbələ” 2016-2017-ci illər mövsümünün ən yaxşı nəticəsinə imza atıb. Futbolxeber.az-ın məlumatına görə, Şimal təmsilçisi 11 komanda ilə təmsil olunduğu liqalarda hamıdan çox mükafat toplayıb. 
 
Düzdür, “qırmızı-qaralar” ötən mövsüm çıxış etdiyi bütün liqalarda mükafatçılar sırasına düşməklə müəyyənləşdirdiyi Azərbaycan rekordunu təkrarlamasa da, bu mövsüm rəqibləri ilə müqayisədə daha çox çempionluq və medala yiyələnib. 
 
Topaz Premyer Liqasında 2-ci olan əsas əyalət təmsilçisi tarixində ilk dəfə gümüş mükafata yiyələnib. Vitse-çempion həm də ardıcıl dördüncü dəfə mükafatçılar arasında yer alıb. Ardıcıl 2-ci, tarixdə 3-cü dəfə eyni mövsümdə həm əsas, həm də əvəzedicilər yarışı mükafatla başa vurub. Ötən mövsümdə ilk qızılını qazanan əvəzedicilər 2011-2012, 2013-2014-ci illərdə olduğu kimi yenə gümüş qazanıb. Aktivində 2009-2010, 2010-2011 mövsümlərinin bürüncü də olan komanda tarixində 6-cı dəfə “üçlük”də yer alıb. 
 
Çempionatı gümüş mükafatla başa vuran Roman Qriqorçuk və Hüseynqulu Quliyevin yetirmələrinin bu uğurlarına futbol akademiyasının komandaları da qoşulub. AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları arasında keçirilən 9 liqada çıxış edən yeniyetmə oğlanlardan ibarət “Qəbələ” komandalarının 8-i mövsümü mükafatla bitirib. Onlardan beşi – U-16, U-15, U-13, U-12 və U-11 komandaları 2016-2017-ci illər mövsümünün qalibi olub. 
 
Bununla da Azərbaycan rekordu təkrarlanıb. Belə ki, indiyədək yalnız bir dəfə eyni klub eyni mövsümdə aşağı yaş qrupları üzrə 5 liqada çempionluq yaşamışdı. Bunu 2012-2013-cü illər mövsümündə “Qəbələ” gerçəkləşdirmişdi. Sözügedən klubun akademiyasının yeniyetmə futbolçuları 4 ildən sonra özünün müəyyənləşdirdiyi ölkə rekordunu təkrarlamağa müvəffəq olub. Ötən mövsüm çempion olaraq UEFA Gənclər Liqasına vəsiqə qazanan U-19 isə bu dəfə gümüşlə kifayətlənib. Bu, akademiyanın komandalarının yeganə, ümumilikdə isə əsas və əvəzedicilərdən sonra “Qəbələ”nin 3-cü ikinciliyi kimi tarixə düşüb. 5 çempionluq və 3 ikinciliyi olan klubun iki komandası bürünc mükafata yiyələnib. U-14 və U-10 yalnız yarımfinalda uduzaraq, III yer uğrundakı görüşdə qalib gələrək, medalçılar sırasına düşüb. Başa çatan mövsümdə yalnız U-17 mükafatçılar sırasına düşə bilməyib. Sonuncu tura qədər nəinki bürünc, hətta gümüş medal şansını qoruyan komanda yekunda “üçlük”dən 1 xal geridə qalıb. 
 
Ümumilikdə akademiyanın yetirmələrinə gəlincə, ilk dəfə mükafatçılar sırasına 2009-2010-cu illər mövsümündə düşən “Qəbələ” son 8 mövsümdə artıq 46 dəfə ilk “üçlük”də yer alıb. “Qəbələ” komandaları bu müddətdə 22 çempionluq yaşayıb, 16 dəfə 2-ci olub və 8 dəfə bürünc medala yiyələnib. Bu müddətdə cəmi 9 dəfə komandalarımız mükafat qazana bilməyib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31