19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

“Zirə”də iki yeni müqavilə

“Zirə”də daha iki yerli futbolçunun gələcək aqibəti bəlli olub. Futbolxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisi müdafiəçi Aleksandr Şemonayevlə yarımmüdafiəçi Vüqar Mustafayev barədə qərar verib.
 
Azərbaycanı Avropa Liqasında təmsil edəcək bakılılar bu üzdən ilk növbədə öz oyunçuları ilə bağlı problemi yoluna qoymağa çalışır. Yerlilərin əksəriyyətini komandada qalmağa razı salan “Zirə” Şemonayev və Mustafayevlə də anlaşıb.
 
Hər iki oyunçunun qarşıdakı mövsümü hazırkı klubunda keçirəcəyi artıq dəqiqləşib. Aleksandr yeni 1 illik anlaşmaya qol çəkibsə, müqavilə ilə “Qarabağ”a məxsus olan Vüqarın yenidən icarəyə götürüləcəyi, yoxsa birdəfəlik alınacağı müəyyənləşməyib. Sadəcə, Ağdam təmsilçisi onun “Zirə”də qalacağına söz verib.
 
Bununla da “Zirə” müqavilə müddəti başa çatan Kamal Bayramov, Anar Nəzirov, Sadiq Quliyev, Təmkin Xəlilzadə, Viktor İbekoyi və Yovan Krnetadan sonra Aleksandr Şemonayev və Vüqar Mustafayevi də komandada saxlayıb.
 
Qeyd edək ki, Aleksandr Şemonayev 2015-ci ilin yayında AZAL-ı “Zirə”yə dəyişibsə, Vüqar Mustafayev ötən ilin yanvarından bu klubda icarə əsasında çıxış edir (apasport.az).
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30