20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Qəbələ”dən “sülh”, “Milan” çempion oldu

İtaliyanın Rimini şəhərində keçirilən Flavio Perottinin xatirəsinə həsr olunan turnirə yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası qrup mərhələsinin son oyununda “Kapilan Pallo” ilə qarşılaşıb. 
 
Sərxan Mirzəzadənin qol sevinci yaşadığı matç “qırmızı-qaralar”ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Bunadək A qrupundakı ilk iki oyununda “Milan” (0:3) və “Spal 2013” (0:0) ilə görüşən Ülfət Mədətovun yetirmələri mərhələni 4-cü pillədə başa vurub.
 
Növbəti mərhələdə “Qəbələ” daha iki oyun keçirib. Təmsilçimiz İtaliya təmsilçiləri “Forli” və “Prato” ilə görüşüb. Hər iki qarşılaşma 1:1 hesablı heç-heçə ilə nəticələnib. Bu qarşılaşmalarda qəbələlilərin qollarını müvafiq olaraq, İbrahim Ramazanovla Fərid Kələntərəov vurubıar. Turnirin final oyununda isə “Milan” və “Real” qarşılaşıb. İtaliya təmsilçisi 4:1 hesablı qələbə qazanıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30